O, həzrət "xəvaric" adlı anarxist düşüncəli dəstənin üzvü tərəfindən şəhid edilmişdi.
İmamın tərəfdarları ehtiyat edirdilər ki, dəfndən sonra xəvaricdən olanlar o həzrətin məzarını açıb, mübarək cənazəsini təhqir edə bilərlər. Ona görə də İmam Əlinin (ə) cənazəsi gecəyarı, kənar adamların iştirakı olmadan, yalnız ailə üzvlərinin, yaxın qohumlarının və ən sadiq silahdaşlarının iştirakı ilə torpağa tapşırıldı. Rəvayətə görə, cənazə namazında və dəfn mərasimində o həzrətin oğulları İmam Həsən (ə), İmam Hüseyn (ə) və Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfəri-təyyar və daha bir neçə nəfər iştirak etmişdi ki, bunların sayının 6, 7 və ya 8 nəfər olduğunu yazırlar (bəzi mənbələrdə hətta cəmi 4 nəfər göstərilir). İmamın vəsiyyətinə əsasən, Onun əsl qəbrinin yerini itirmək üçün Kufə kənarındakı Rəhbə məntəqəsində, o həzrətin bacısı oğlu və kürəkəni Cədə ibn Hübeyrənin evində (İmam Kufəyə köçəndən sonra bir müddət onun evində qalmışdı) və Kufə məscidində daha üç yalançı məzar hazırladılar. Həmçinin, belə yazırlar ki, guya üç tabut düzəldib, birini Məkkəyə, birini Mədinəyə, birini də Qüdsə göndərmişdilər.
Milli.Az İslam.az-a istinadən bildirir ki, məzarın yerini hamıdan gizli saxlayırdılar. Təkcə Peyğəmbər nəslinin nümayəndələri və onların yaxınları müqəddəs məzarın yerini bilirdilər. Hədislərdə deyilir ki, İmam Cəfər Sadiq (ə) ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffahın əmri ilə İraqa gətiriləndə Həzrət Əlinin (ə) məzarını ziyarət etmiş, yaxın səhabələrinə də buranı göstərmişdi. Sonralar qəbrin yerinin İmam Sadiq (ə) tərəfindən növbəti Abbasi xəlifəsi Mənsura nişan verildiyini və o zamandan bəri ziyarətçilərə bəlli olduğunu bildirən rəvayətlər də var. Qeyd edək ki, artıq bu zaman nə xəvaricin, nə də Əhli-beytlə açıq düşmənçilik edən Əməvilərin müqəddəs məzara ziyan yetirmə təhlükəsi yox idi. Abbasilər Əhli-beyt imamlarını özlərinə rəqib bilsələr də, hər halda onlarla aşkarda mübarizə aparmır və Həzrət Əlinin (ə) ruhunu təhqir etmirdilər (Əməvilərdən fərqli olaraq). Çünki Həzrət Əli (ə) Abbasilərin əcdadı Abbas ibn Əbdülmüttəlibin (Peyğəmbərin əmisinin) qardaşı oğlu idi; Onu təhqir etmək Abbasilər soyunun özünü təhqir etməyə bərabər olardı.
Mənbələrin bir çoxunda isə Həzrət Əlinin (ə) məzar yerinin Abbasi xəlifəsi Harun ər-Rəşid zamanında (hicri 175-ci, miladi 791-792-ci illər) möcüzə nəticəsində aşkara çıxdığı yazılıb. Hadisə belə olmuşdu:
Bir gün Harun ər-Rəşid Kufə ətrafında ova çıxır. Ov itləri və şahinlər bir neçə ceyranın arxasınca düşüb qovmağa başlayırlar. Ceyranlar bir təpənin üstünə pənah gətirir. İtlər təpənin ətəyinə çatanda hansısa möcüzəvi qüvvənin təsiri altında yerlərində durur. Hətta şahinlər də təpənin üstündə uça bilməyib enir. Ceyranlar təpədən enən kimi ov heyvanları onları təqib etməyə başlayır. Ceyranlar yenə təpəyə pənah gətirib xilas olur. Eyni hadisə üç dəfə təkrar olur. Harun hadisədən xeyli təəccüblənir, bu təpədə hansı sirr gizləndiyini yerli əhalidən soruşmaq qərarına gəlir. Xəlifənin əmrilə o tərəflərdə yaşayan Bəni-Əsəd qəbiləsindən bir qocanı tutub gətirirlər. Harun təpənin sirrini soruşanda, qoca aman istəyib söyləyir: "Ata-babamdan eşitmişəm ki, bu təpənin altında Əmirül-möminin Əli ibn Əbu Talib (ə) dəfn olunub; ona görə də Allah buranı əmin-amanlıq yeri qərar verib. Hər kim bura pənah gətirsə, salamatlıq və əminlik içində olar".
Harun bu sözləri eşidəndə həmin yerdə dəstəmaz alıb namaz qılır, dua edir. Sonra o yerdə ilk məqbərənin tikilməsinə əmr verir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həzrət Əlinin (ə) məzarı haradadır?
31 Yanvar 2013 19:13
0 Şərh
Baxış: 21 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
XİN bəyanat yaydı
-
Bəzi avtobusların hərəkətində ləngimə olacaq
-
Gəmi kapitanı qəfil vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Yağış Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır - FOTO
-
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət ETDİ
-
Raket qəlpələri “Oracle”ın Dubaydakı binasına ziyan vurdu
-
Həftədə ən azı bir dənə şokolad yesəz görün nə baş VERƏCƏK
-
Prezident İlham Əliyev: Çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik
-
XİN bəyanat yaydı
-
Azərbaycanda zəlzələ OLDU
-
Qapınızı əsla 3 dəfə kilidləməyin! Səbəbini kilid ustaları açıqladı
-
Yaponlar işə götürərkən qan qrupunu soruşurlar: Budur səbəbi
-
Nə ayran, nə də süd: İçən anındaca yuxuya gedir
-
Dünyanın ən bahalı əşyası - Trilyon dollar dəyərində
-
Uzun müddət güzgüyə baxmaq görün nəyə səbəb OLUR?
-
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
-
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
-
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
-
Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
-
Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz
-
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul
-
“Meydanda olan orada qalır”
-
Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
-
Hər kəs pəncərəsinin önünə darçın qoymağa başladı
-
"İcazə vermərəm ki, haqqımda bunu desinlər"
-
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?





