Cəmiyyət

Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub - FOTO

19 Noyabr 2012 17:12
Baxış: 2 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub.

Açılış tədbirində Ədliyyə naziri Fikrət Məmmədov, Ali məhkəmənin sədri Ramiz Rzayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər şəhər rəsmiləri iştirak edirlər. 3 mərtəbədən ibarət bina müasir tələblərə uyğun inşa edilib. Burada əlillər üçün də bütün zəruri şərait yaradılıb.

Tikilidə təhlükəsizliyin etibarlı təmini məqsədilə elektron metal aşkarlayıcısı, rentgen çanta yoxlayan qurğu və turniketlər quraşdırılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulub və qapıların üzərində onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilib. Vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə müasir elektron məlumat daşıyıcı yaradılıb, xüsusi monitor quraşdırılıb. Bu da vətəndaşlara məhkəmə proseslərinin keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.