Qoç - Zərərli vərdişlərdən imtina etmək və faydalı vərdişlər əxz etmək üçün əla gündür. Həyatınızın axarını köklü şəkildə dəyişmək imkanınız var. Gözlənilməz təkliflər ala bilərsiniz.
Qəti fikrinizi bildirməyə və yekun qərar verməyə tələsməyin. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin.
Bu gün davranışınız yaxın ətrafınıza qəribə təsir bağışlaya bilər. Onlar hətta bəzi hərəkətlərinizi aqressiv hesab edərək sizi tənqid etmək fikrinə düşə bilərlər. Yeni müttəfiqlər və həmfikirlər tapa bilərsiniz. Fəqət onlar sizi dəstəkləməyəcək və təkliflərinizi də yerinə yetirmək istəməyəcəklər.
Buğa - Günün əksər hissəsi başqalarına bildirmək istəmədiyiniz işlərə sərf olunacaq. Sirləriniz faş olmaya bilər, lakin siz özünüz hərəkətləriniz və sözlərinizlə bəzi gizlinləri açacaqsınız. Xoşagəlməz insanlarla görüşlər, sizə qarşı aqressiv mövqe tutmuş insanlar tərəfdən provokasiyalar mümkündür.
Dostlarla görüş müsbət emosiyalar mənbəyi olmaqla yanaşı, qəm və qüssədən qurtulmağa imkan verə bilər. Aktiv istirahəti seçin, bir qədər idmanla məşğul olun. Dəvət aldığınız tədbirlərdən imtina etməyin.
Əkizlər - Maraqlı hadisələr, gözləntilər və faydalı informasiyalar bol olacaq. Diqqətli olun, ətrafınızdakı insanlara göz qoyun, hadisələri müşahilə edin. Başqalarının görə bilmədiklərini görün, duya bilmədiklərini duyun. Belə olarsa, böyük üstünlük əldə edərsiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin, köməyinizi əsirgəməyin. Çətin vəziyyətə düşmüş insanın minnətdarlığı gecikməyəcək.
Təhsil üçün əlverişli gündür. İctimai və humanitar elmlərə xüsusi diqqət verin.
Psixoloq olmağa çalışın. Yaxın insanlarla dil tapmaqla yanaşı, ailə problemlərinin həllində fəal olun.
Xərçəng - Bu gün uğurlu alış-veriş, sərfəli müqavilələr və anlaşmaların əldə edilməsi istisna deyil. Gəlirləriniz arta bilər. Maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni təkliflər ala bilərsiniz. Sevdiyiniz insanın uğurlarına sevinin. Bu gün ailə üzvləriniz və yaxın qohumlarınızla fəxr edə bilərsiniz.
Ciddi uğura nail ola bilərsiniz. Təvazökar olun, izafi diqqət cəlb etməyin.
Şir - Yaxın və uzaq qohumlardan biri ilə çoxdankı münaqişəni yoluna qoyaraq çözmək üçün əlverişli gündür. Güzəştli həllə nail olaraq kompromisi gerçəkləşdirməklə köhnə problemi həll etmək olar. Yalnız əmlakla bağlı məsələlərdən savayı. Bu gün həmin məsələlər çözülməyəcək.
Alış-verişdə iri miqyaslı xərclər etməyin, bahalı əşyalar almayın. Gündəlik işlərlə məşğul olun, adətlərinizdən imtina etməyin. Eksperiment və sınaqları təxirə salın. Təşəbbüslərdə isə çox ehtiyatlı olun. Qısamüddətli səfərdə maraqlı tanışlıqlar alına bilər.
Qız - Hisslərinizi gizlətməyə çalışmayın, çünki bunun nəticələri yaxşı olmaya bilər. Açıq danışın, həqiqətləri gizlətməyin. Hər halda belədə anlaşılmazlıq və qarışıqlıqlardan uzaq dura bilərsiniz. Yaxınlarınız, ailə üzvləriniz, qohumlarınızın qayğısına qalın. Hansısa səbəblərdənsə sizdən asılı olan adamdan şəfqətinizi əsirgəməyin. Sevdiyiniz insana hədiyyə verin.
Yaxın insanlarınızın hisslərinə və emosiyalarına şübhə etməyin. Şübhələr yaranarsa, belə məqam sizi pərişan edəcək, tərəddüdlər içində boğacaq. Günün yaxşı keçməsini istəyirsinizsə, nikbin olun.
Tərəzi - Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.
Əqrəb - Gün maraqlı, amma çətin olacaq. Maliyyə məsələlərini həll etməyə çalışın. Söhbət ümumi məbləğdən gedirsə, qətiyyətli və məqsədinizə çatmaq üçün hətta sərt olun.
Ciddi olun, işgüzarcasına davranıb. Əyləncə zamanı deyil. Daha doğrusu, əyləncələr sizi qıcıqlandıracaq.
Enerjili, fəal olun və ətrafınızdakı insanlardan da belə davranış tələb edin. Kiçik məsələlərə görə sinirlənməyin. Hirsinizi aşkarlamayın. Əks təqdirdə ailə üzvləri və sizə yaxın insanlarla münaqişələr istisna deyil.
Oxatan - Bu gün baş verəcək bir və ya bir neçə hadisənin uzunmüddətli perspektivdə nəticələri ola bilər. Ona görə də sayıq, sərrast davranın, baş verənlərə fikir verin, laqeydlik sərgiləməyin. Səhvlərinizin diqqətdən kənar qalacağını düşünməyin. Belə etsəniz, yanılarsınız.
İşlə bağlı ciddi problem yarana bilər. Tam diqqəti, az qala bütün başqa məsələləri yaddan çıxarmağı ehtiva edən işlə məşğul olmaq məsləhət deyil. Belə işə başlasanız, çox önəmli məqamı əldən buraxa bilərsiniz.
Gün ərzində fəal olun, lakin ehtiyac yarananda dayanmağı bacarın. İmkanlarını olduğundan artıq dəyərlənməyin. Əks təqdirdə ifrat yorğunluq və hətta travma mümkündür.
Oğlaq - Həyatınızda köklü dəyişikliklər etmək üçün gün ərzində imkan yaranacaq. Dəyişikliklərin miqyası sizdən, əməlinizdən və istəyinizdən asılıdır. Adət etdiyiniz bəzi nəsnələrdən imtina etmək üçün cəsarətli olun. Tərəddüd etməyin, narahat olmayın. Sadəcə, maneələri keçməyə başlayın və əmin olun ki, bunu bacarsanız, geriyə dönmək istəməyəcəksiniz.
Köhnə əşyaların bəzilərindən və ya artıq üzücü, yorucu təsir bağışlayan münasibətlərdən qurtula bilərsiniz. Bu gün yaşam tonusunuz və potensialınız aşağı səviyyədədir. Səhhətinizdə problemlərin yaranmaması üçün ehtiyatlı olun. Çox yemək yeməyin.
Dolça - Dəyərlərə yenidən qiymət verildiyi, məqsədlərin dəyişdiyi, hədəflərin fərqli vəziyyət aldığı gündür. Əvvəllər həddindən artıq mühüm hesab etdiyiniz bir sıra nəsnələrdən imtina etməyə hazırsınız. Bu gün qərarlarınızın bəzilərini ailə üzvləriniz və yaxınlarınız qəbul etməyəcəklər. Narahat olmayın: yaxınlarınızla mübahisələr güclənərək münaqişəyə səbəb olmayacaq.
Romantik tanışlıq üçün əlverişli gündür. Evdə çox oturmayın. Şəraitin dəyişməsi, gəzinti xeyirlidir. Səhhətinizdən şikayətiniz olmayacaq.
Balıqlar - Köhnə və etibarlı dostların vasitəsilə gerçəkləşdirə biləcəyiniz maraqlı, orijinal ideyalar günüdür. Sənətə və yaradıcılığa marağınız artacaq. Alış-verişdə qənaətli olun.
Mobil telefon almaq üçün məsləhətli gün deyil.
Bacarıq, imkan və biliklərinizi artırın. Onu da bilin ki, emosional fon baxımından dayanıqlı gün yaşamırsınız. Mənəvi və ruhi durumunuza hakim olun, pərişan və bədbin olmayın, depressiyaya qapılmayın.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Günün qoroskopu: Başqalarının istəyi ilə yaşamaq asandır?
12 Noyabr 2012 00:01
0 Şərh
Baxış: 500

DİGƏR XƏBƏRLƏR
-
Çadırda yaşayan Səbinə müğənni imiş - Hər şeyi özü danışdı - VİDEO
-
Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər - İnanıb getmək olar?
-
Soğanı bu formada saxlasanız, gec xarab olacaq
-
Günün qoroskopu: Ani xərclərə qarşı ehtiyatlı ol
-
İllərlə beyinlə bağlı öyrədilən bu məlumat səhv imiş
-
Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Bakı Forumu: Qlobal Cənubun yeni yolu
-
Çadırda yaşayan Səbinə müğənni imiş - Hər şeyi özü danışdı - VİDEO
-
Məşhur şadlıq evləri cərimələndi - Havaya tüstü buraxırlar
-
Bakıda 10 min manata kəmər satılır - FOTO
-
Hamının eşitdiyi xaricdə yüksək maaşlı işlər - İnanıb getmək olar?
-
Bakıda avtobus "Range Rover"lə toqquşdu
-
Sabiq müşavirin oğlu vəfat etdi - FOTO
-
Avropa zülmətə qərq oldu - "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi? - FOTOlar
-
Qızıl və gümüş ucuzlaşıb
-
Mourinyo "Fənərbağça"dan GEDİR: bu yığmanı çalışdırcaq - İddia
-
Rubl ucuzlaşdı, avro bahalaşdı - dolların qiyməti isə... - RƏSMİ
-
"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"
-
Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr
-
Qumral: Mən Aysundan öndəyəm
-
Bu kəndin suyundan içən həkim olur - "Hər evdə ən az biri var"
-
Aparıcılar qohum imiş
-
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
-
Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır?
-
Azərbaycanın əməkdar memarı vəfat etdi
-
Valideynlərin bu ifadələri uşaqları daha çox incidir
-
Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
-
Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq
-
Çia toxumlarındakı ölümcül təhlükə - XƏBƏRDARLIQ
-
Pınarla Kaan oğulları ilə - FOTO