Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qax abidələri: Sümük kimi möhkəm "Sumuq qala" - FOTO
13 Oktyabr 2012 13:48
0 Şərh
Baxış: 7 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qala Dağıstandan İlisuya qədər dağların yamacları və dərələrlə uzanan ticarət və hərbi əhəmiyyətli yolun (cığırın) Qaxa burulduğu yerdə tikilmişdir.
AzərTAc xəbər verir ki, sümük kimi möhkəm olduğu üçün yerli əhali bu qülləni "Sumuq qala" adlandırır. Bu, onun digər tikililərə nisbətən daha əzəmətli, daha möhkəm olması ilə əlaqədardır. Yerli ləhcədə "sümük" sözü "sumuq" kimi tələffüz edilir.
Plan quruluşuna görə qala ölçüləri 6,22 metr x 6,02 metr olmaqla kvadrat şəklindədir. Müdafiə qülləsinin tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qüllənin bayır divarları əhəng məhlulu ilə suvanmışdır. Qalanın divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilmişdir. Dördkünc formalı qüllənin silueti yuxarı qalxdıqca ensizləşir. Bu, qüllənin memarlığına dayanıqlıq verməklə yanaşı, yuxarıya doğru hərəkət illüziyası da yaradır. Qüllənin fasad divarları yuxarı hissədə pilləli qarnizlə həll olunmuşdur. Yuxarı hissədəki xarici divarlar şaquli vəziyyətdə olmaqla "küknar" hörgü üsulu ilə kərpicdən tikilmişdir. Qüllənin axırıncı mərtəbəsi daxildən sivri tağbəndlə örtülmüşdür.
Qalanın divarlarının qalınlığı yer səthində 70-80, yuxarı mərtəbələrdə isə 60-70 santimetrdir. Qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 80 santimetr olan pəncərə açırımları, onların yanlarında mazğallar yerləşir. Pəncərə açırımları sivri tağlarla tamamlanır. Üçüncü mərtəbədə yalnız günbatan tərəfə bir pəncərə açırımı baxır. Orada mazğallar elə yerləşdirilmişdir ki, qüllənin künclərindən və yanlarından gözlənilən hücumların qarşısını almaq mümkün olsun. Fasadlara ensiz yarıqlar şəklində çıxan kiçik mazğallar binanın içərisinə doğru genişlənərək içəridən asanlıqla atəş açmağa imkan verirdi. Bu mazğallar uzaq məsafədən görünmür.
"Sumuq qala"nın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk dövrlərdə sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunmuşdur. İri ölçülü pəncərələr bunu sübut edir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı. Belə müdafiə qüllələrinə Gürcüstanın dağlıq rayonlarında, Dağıstanda və Şimali Qafqazda da rast gəlmək mümkündür. Onlar əsasən yaşayış evlərinə bitişik və ya yanında köməkçi müdafiə qurğusu kimi tikilirdi.
Uzun illər təbii proseslərin, qarın, yağışın təsirindən qalanın bişmiş kərpicdən tikilmiş axırıncı mərtəbəsi və dam örtüyü uçub tökülmüş, aşağı hissəsi dağlardan axıb gələn sel sularının gətirdiyi qum-çınqılla, torpaqla dolmuşdu. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına "Sumuq qala"da əsaslı bərpa işlərinə başlanmışdır. Bərpa zamanı qalanın torpaq altında qalan hissəsi təmizlənmiş, sel-suların zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilmiş, qalaya aparan yola daş örtük döşənmişdir.
Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin ictimai əsaslarla "İlisu sultanlığının tarixi" adlı filial muzeyi fəaliyyət göstərir. "Sumuq qala" rayona gələn yerli və xarici turistlər üçün də xüsusi maraq kəsb edir. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan onu məhkəməyə verdi
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”
-
Maaşlarla bağlı ŞAD XƏBƏR: Əlavələr EDİLƏCƏK - QƏRAR
-
Arvadı Devid Bekhemə toyuqlar hədiyyə etdi - VİDEO
-
Bu yolda yeni işıqforlar quraşdırıldı
-
Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu