Amerikalı elm adamlarının araşdırmaları nəticəsində məlum olub ki, dırnaqların rəngi bəzi xəstəliklərin göstəricisidir. Belə ki, dırnaqlardakı ağlıq hepatitin, sarı, qalın və yavaş uzanan dırnaqlar ağciyər xəstəliklərinin, dib qismi ləkəli sarı dırnaqlar diabetin, yarısı çəhrayı, yarısı ağ rəngli dırnaqlar böyrək xəstəliklərinin əlamətidir. Dırnaq dibləri çox tünd çəhrayı ya da qırmızı rənglidirsə, bu, ürək xəstəliyinin göstəricisidir. Dırnaqlarda soyulma revmatizm əlamətini, dırnaqların alt qismində qırmızı ləkələr varsa, dəri vərəmi ehtimalı göstərir. Dırnağın alt qisimində tünd ləkələr varsa, dəri xərçənginə tutulma ehtimalı var.
Dırnaqların tam yenilənməsi əllərdə 3-4 ay, ayaqlarda 6-8 aya başa gəlir. Hamilə qadınların və dırnaqlarını yeyənlərin dırnaqları yavaş uzanır. Bəzi vitaminlərin əskikliyi, həddindən artıq yorğunluq, artıq zəiflik, düzgün qidalanmama, bəzi dərman zəhərlənmələri isə dırnaq uzanmasını yavaşada bilər.
Sağlam bir dırnaq parlaq, hamar səthli, elastik və xarici faktorlara müqavimətlidir. Bədəndəki dəyişik xəstəliklər, fiziki faktorlar, dərmanlar, birbaşa dırnaqları tutan xəstəliklər dırnaqlarda problemlərə səbəb ola bilər. Bu problemlər dırnaqlarda estetik qüsurlar meydana gətirməklə yanaşı, dırnaqların funksiyalarını da pozur.
Tibbi estetik uzman Nuran Əliyeva Kabakçının sözlərinə görə, rəng dəyişiklikləri dırnaqlar üçün çox əhəmiyyətlidir. Belə hallarda bu problem xəstəlik əlaməti olaraq araşdırılmalıdır. "Çox zaman pasiyentlər dırnaqların ağarmasından şikayət edirlər. Bunun konkret səbəbi bilinməsə də, buna göbələk xəstəlikləri, dərmanlar və ya kimyəvi maddələr, vitamin əskiklikləri və manikür zamanı zədələnmələr səbəb ola bilər".
Həkim bildirir ki, dırnaqların narıncı rəngə çalması sədəf xəstəliyinin, sarı rəngə çalması isə göbələk xəstəlikləri, eləcə də bəzi dərmanlarla əlaqədar ola bilər. Siqaret çəkənlərdə də dırnaqlar sarı rəngə çala bilər. Bu, siqaretin tüstüsündən əmələ gələn ləkələrdir. Bəzən isə dırnaqlar mavi və ya qara rəng alır. Həmsöhbətimizin sözlərinə görə, hormonil preparatlar və ağır dərman qəbul edənlərin dırnaqlarının rəngi çox zaman belə olur. "Dırnaqlarda qara ləkələnmələr kiçik hissələri əhatə edirsə, öncə ağla dırnaqaltı ətlərin qanaması gəlir. Amma bu ləkələnmələr melanoma adlı təhlükəli xərçəng növünün əlaməti ola bilər. Ləkə dırnaqla birlikdə irəli gedirsə, bu, ət qanamasıdır. Yox, əgər dırnaq uzanır, ləkə isə yerində qalırsa, mütləq həkimə müraciət etmək lazımdır" deyən həkim hesab edir ki, dırnaq üzərində uzununa qara xətlər də dərman istifadəsinin əlaməti ola bilər. Dediyinə görə, dırnaq uclarındakı kiçik, qara xətlər isə səthi qanamalara bağlıdır ki, bu da çox zaman zədələnmələr zamanı meydana gəlir.
Ən çox müşahidə edilən dırnaq xəstəliklərindən biri də dırnaqların qalınlaşıb, kobudlaşmasıdır. Bu zaman dırnaqlar qalınlaşır, quruyur, sərtləşir, parıltısını itirir və asan qırılır. Bu əlamətlər göbələk xəstəliyinə məxsusdur və çox zaman ayaq dırnaqlarında baş verir. Həkim bildirir ki, göbələk xəstəliyi yoluxucudur və qayçı, corab və s. bu kimi alətlərin istifadəsi zamanı keçə bilər.
N.Kabakçının dediyinə görə, dırnaqların qırılma səbəbləri müxtəlif ola bilər. Belə ki, dırnaqlar B7, A, D vitaminlərinin və dəmir, maqnezium, kalsium və sink çatışmazlıqları zamanı qırılır. Genetik və ailəvi səbəblər, xüsusilə zülal zəifliyi, dırnaqların hava almaması, davamlı lak istifadəsi və aseton da dırnaqların qırılmasına səbəb ola bilər.
Müsahibimiz dırnaq qırılmasının qarşını almaq üçün zülal tərkibli qidaların qəbulunu məsləhət görür. Bundan əlavə, ərik, kök və üzüm şirəsi içmək də bu problemin arada qalxmasına yardım edir.
Bəzi insanların dırnaq yemə kimi mənfi vərdişləri olur. Dırnaq yemək insanda müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər. Dırnaq yemək bəzilərində vərdiş halını alsa da, bunun da özünəməxsus səbəbləri var. İnsanlar əsəbi, gərgin, çətin və ac olduqları zaman dırnaq yeməyə üstünlük verirlər.
Bəzən qadınlar dırnaqları uzanmadığından, süni dırnaqlara və ya süni yolla uzadılan dırnaqlara üstünlük verirlər. Manikür ustası Səadət Səlimovanın sözlərinə görə, müasir zamanda dırnaqlar müxtəlif səbəblərdən quruyub, qırıldığı üçün qadınlarımız süni dırnaqlara, daha doğrusu, dırnaqların uzadılmasına üstünlük verirlər. "Biz buna protez dırnaq da deyirik" deyən S.Səlimova protez dırnaqların təbii dırnaqlar kimi olub, heç bir narahatlıq yaratmadığını bildirib. Onun dediyinə görə, süni dırnaqlar ayda bir dəfə manikür etdirilməli, səliqəyə salınmalıdır.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orqanizmin "rentgen"i - dırnaqlar
13 Oktyabr 2012 13:32
1 Şərh
Baxış: 20 274

DİGƏR XƏBƏRLƏR
-
Lüks avtomobillər "su qiyməti"nə satışa çıxarıldı
-
İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı
-
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
-
Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma
-
Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar
-
Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...
XƏBƏR LENTİ
-
Kemal Sunalı canlandıracaq ad bəlli oldu - FOTO
-
Lüks avtomobillər "su qiyməti"nə satışa çıxarıldı
-
İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı
-
Avropada müsəlmanlar niyə hədəfə çevrilir?
-
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
-
Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma
-
Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar
-
Paşinyana meydan oxudular: İrəvanda "siyasi ölü"lər canlanmaq istəyir
-
İtaliyada çempion bəlli oldu
-
Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO
-
Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...
-
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
-
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək
-
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
-
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” - VİDEO
-
Elektrobilini kustar üsulla şarj edənlərə XƏBƏRDARLIQ - VİDEO
-
Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur”
-
Xınanın möcüzəvi FAYDALARI
-
5 min illik çörək satışa çıxarıldı - FOTO
-
7 ayda 25 kişiyə ƏRƏ GETDİ - FOTO
-
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
-
Əgər bu qan qrupuna aidsinizsə yayda DİQQƏTLİ OLUN
-
Basketbol - iki quşu bir daşla vurmaq üçün əla idman növü
-
Yazısı ilə sosial şəbəkələrdə gündəm olan kuryer danışdı - VİDEO