İnsanlar daim gözəllik, mükəmməllik arzusunda olurlar. Bu istəklər çox vaxt qadınları süni gözəlliyin dalınca qaçmağa vadar edir. Bunu xüsusilə də əksər qadınların saçlarını boyamasında, bəzilərinin isə hətta hər ay saçlarının rəngini dəyişməsində görmək olur. Statistikaya görə, qadınların 60 faizi ildə 6-8 dəfə saçlarını boyayır.
27 yaşlı Mülayim Ağayevanın sözlərinə görə, o da saçlarını süni boyalarla rəngləyir: "Artıq 4 ildir ki, saçımı rəngləyirəm. Əvvəllər bunun səhhətimə heç bir təsiri olmasa da, indi saçlarım tökülür. Əvvəlcə saçlarıma saçqıran düşdü, sonra isə zəif uzanmağa başladı. İndi isə toxunan kimi əlimə bir ovuc saç gəlir. Gözlərimdə və başımda da ağrılar başlayıb. Saçlarım onsuz da boyaların təsirindən yanıb, indi isə sağlamlığıma da eyni təsirin olmasından ehtiyat edirəm".
Saç ustası Ruhanə Səmədovanın sözlərinə görə, çox vaxt qadınlar saçlarının təbii rəngi solanda, parlaqlığını itirəndə və ya sadəcə, təbii rəng onları qane etmədikdə rəngini dəyişmək fikrinə düşürlər. "Buna isə sağlamlığın qaydasında olmaması, yaş, yorğunluq, depressiya və ya ətraf mühitin təsiri səbəb ola bilər. Çox vaxt bu problemlərlə üzləşəndə qadınlar bununla mübarizə aparmaq əzəzinə saçlarının rəngini dəyişmək fikrinə düşürlər", - deyən saç ustası bildirib ki, heç olmasa saçını bir dəfə rəngləyən adam bunu daim etmək istəyir.
Xüsusilə də bu gün müxtəlif rəngləyici vasitələrin yarandığı vaxtda qadınlar saçlarının rəngini tez-tez dəyişməyə meyllidirlər. Onun sözlərinə görə, bəzi rəngləyici vasitələr isə müvəqqəti təsirə malik olduğu üçün rəngi asanlıqla gedir ki, bu da saçları yeni, başqa rəngə boyamağa imkan verir. "İndi mağaza vitrinlərində saysız-hesabsız saç boyası növləri var. Bununla yanaşı, müxtəlif saç boyaları tez-tez reklam olunur. Lakin onlar arasında keyfiyyətlilərini seçmək çətin məsələdir. Belə boyaların çoxu saçları tökür, saçqırana səbəb olur, uzanmasını ləngidir, çox vaxt isə heç də yaraşmayan, süni rənglər yaradır".
Onun dediyinə görə, saç boyalarından başqa saça rəng çalarları verən şampun və musslar da var. "Belə vasitələr yalnız saçın üst təbəqəsini rəngləyir. Hesab olunur ki, onlar saçın tərkibinə daxil olmur. Əksər belə vasitələrdə ammonyak olmur, onlar tədricən yuyulur".
R.Səmədova bildirib ki, saç rəngləməyin üstün cəhətləri də var. "Saçları keyfiyytəli boyalarla rənglədikdə saçlar yumşaq və parlaq olur. Saçlar üçün ən xeyirli boya isə xına sayılır. Xına saçı müalicə edir, onun gözəlliyini qaytarır".
Müsahibimiz qeyd edib ki, müasir, keyfiyyətli boyaların tərkibi müxtəlif vitaminlərlə, bitki yağları ilə zəngindir. Belə boyalar saç və başın dərisinə müsbət təsiri ilə seçilir. Başın dərisində qan dövranı normaya düşür, saçların uzanması sürətlənir. Vitaminlə zəngin boyalar saç tökülməsinin və saç qıranların qarşısını alır. Saçın boyanması həm də saçları daha gözəl edir, saçlara daha əlvan rəng verir.
Onun sözlərinə görə, saç boyalarının bütün bu müsbət cəhətlərinə baxmayaraq, ziyanı da çoxdur. Belə ki, R.Səmədova boyaların tərkibindəki ammonyakın saçlara mənfi təsir etdiyini, saçların zəifləməsinə səbəb olduğunu bildirir. Dediyinə görə, bu səbəbdən də saçları boyayarkən diqqətli olmaq lazımdır. "Boyanı saçlarda çox saxladıqda saçlar kobudlaşır və tökülməyə başlayır. Bundan başqa, boyanın tərkibində olan kimyəvi maddələr orqanizmə daxil olaraq allergiyaya səbəb olur. Ona görə də saç boyamazdan əvvəl dərinin kiçik bir hissəsində yoxlamaq lazımdır. Çox adam qaşlarını da saçına uyğun olsun deyə saç boyası ilə rəngləyir ki, bu isə çox təhlükəlidir".
Dünyada saç boyalarının insan orqanizmə təsiri ilə bağlı çoxlu təcrübələr aparılıb. Təcrübələr əsasında Avropa alimləri qərara gəliblər ki, saçın ay ərzində bir dəfədən çox rənglənməsi orqanizmə böyük zərər yetirir. Belə ki, saç üçün boyanın tərkibində çox zərərli maddələr var. Bu maddələr ciyərin hüceyrələrini öldürür. Həkimlər müəyyənləşdiriblər ki, ciyərdə problemlərin yaranması üçün 5-7 il müddətində ay ərzində bir dəfədən çox saçı rəngləmək kifayət edir.
Eləcə də müəyyən olunub ki, göy, yaşıl, tünd çəhrayı rəngdə olan saç boyaları daha təhlükəlidir. Belə boyaların tərkibinə allergiya və dəri xəstəlikləri yaradan maddələr əlavə olunur. Nəticədə tək başın dərisi deyil, üzün dərisi də maddələrin təsirinə məruz qalır. Üzdə səpkilər, qaşıntı əmələ gəlir.
Kaliforniya alimləri isə hələ 5 il bundan əvvəl sübut ediblər ki, saç boyalarından uzun müddətli istifadə etmək sidik kisəsi xərçənginin yaranmasına səbəb olur. Bu xəstəliyi ən sadə, sadəcə, saça rəng çaları verən boyalar belə yara bilər. Saçın daim rənglənməsi leykemiya kimi xəstəlik də yaradır. Saçı boyayan qadınlar limfoma adlanan qorxulu xəstəliyə də tutulurlar. Bu, xərçəng xəstəliyidir. Bu xəstəlik limfa sistemini sıradan çıxarır. Bu baxımdan qara boya daha təhlükəldir. Qara boya ilə saçını boyayan qadınlar digər rənglə boyayanlara nisbətən 2 dəfə çox bu xəstəlikdən əziyyət çəkirlər.
Ümumiyyətlə, hətta ən keyfiyyətli boyanın sağlamlığa təsirini əvvəlcədən müəyyənləşdirmək olmur. Həm də eyni saç üçün boya müxtəlif adamlara fərqli təsir edir. Bəzilərinin hansısa boyadan saçı tökülə, kobudlaşa, zəifləyə, allergiya, dəri xəstəlikləri yarada bilərsə, digərlərində bu hallar müşahidə olunmur.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Rəngli" adamlar, diqqət!
4 Oktyabr 2012 14:36
0 Şərh
Baxış: 1 866

DİGƏR XƏBƏRLƏR
-
Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik?
-
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir
-
Zaurun efirində gərgin anlar: Ər-arvad qırğına çıxdılar - VİDEO
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI
-
“Sadəcə QR oxuduram və qatara minirəm” - YENİLİK
XƏBƏR LENTİ
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Professorun oğlu faciəli şəkildə öldü - FOTO
-
Bu universitetdə magistratura üzrə yeni ixtisas açıldı