Tibbi dildə "furunkul" adlanan çiban əslində tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.
Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irin əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.
Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.
Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində çapıq qala da bilər, qalmaya da.
Müalicəsi
Çiban sizdən əl çəkmirsə, ümumi müalicə üsulu sadədir: penisillin, biomisin, oksimetilpenisillin.
Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 faizli ixtiol məlhəmi, 10 faizli sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 faizli spirtlə, yaxud odekolonla təmizlənir.
Xalq təbabəti çibana qarşı
2 hissə bişmiş soğan və 1 hissə sabunu sürtkəcdən keçirərək yaxşıca isladırsan və plastır şəklində ağrayan yerə gündə bir neçə dəfə qoyursan.
Xalq təbabətində çibanı olanlar əvvəlcə abqora aşı yemək məsləhət görülür. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı tədbirləri görürlər: arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılmasına və çirkin çıxmasına kömək göstərir.
Cüddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çiban üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına kömək edir.
Başqa faydalı vasitələrdən biri yaranın tez sağalmasına kömək edən paxla unu təpitməsidir. Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu çibanı tez yetişdirir, onun müalicəsini sürətləndirir. Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində çiban üzərinə qoyurlar.
Çibanı, başqa xırda və çirkli yaraları müalicə etmək üçün, meyvəni yandırıb külünü su ilə qatışdırır, 1 saat ərzində mülayim od üzərində bişirir, sonra isə süzüb kompres şəklində işlədirlər.
Limon qanın tərkibini tənzimləyib saflaşdırdığından, yara, çiban, dəridə sızanaq çıxaran adamlar limon işlətməlidirlər.
Bağa yarpağını təzə çibanın üzərində iki-üç saat saxladıqda on tez yetişdirir.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Çibanla necə mübarizə aparmalı?
26 Sentyabr 2012 19:07
1 Şərh
Baxış: 115 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Daha bir yolda təhlükəli vəziyyət yaranıb - Onlarla avtomobil zərər görüb
-
Bu ay kim qazanacaq, kim itirəcək? - BÜRClərə görə proqnoz
-
Bakıxanovun evi qəzalı vəziyyətə düşdü
-
Direktor getdi, baş həkim rəhbər oldu - FOTO
-
Borc müqaviləsi nə üçün vacibdir?
-
Bakıda bu evlər UCUZLAŞIR
-
Daha bir məşhur estetik əməliyyat etdirdi, Röya görüb TANIMADI - VİDEO
-
Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
-
Bakıda duman niyə artıb? - AÇIQLAMA
-
Rusiyada təyyarə qəzaya uğradı - Bütün sərnişinlər öldü
-
Tanınmış sabiq hakim dünyasını dəyişdi
-
Müharibənin bitəcəyi tarix AÇIQLANDI
-
Ölkəyə gətirilən kələmdən 100 kiloqram narkotik ÇIXDI - FOTO
-
Bu məşhur müğənni Rasim Balayevin QOHUMU İMİŞ...
-
Tramp xalqa müraciət edəcək
-
DÇ-2026: Türkiyənin oyunları bu tarixdə keçiriləcək
-
Qızılı olanlara ŞAD XƏBƏR - 4 700 dolları ötdü
-
Rəqsanə üzgərmə əməliyyatından sonra dəyişib BELƏ OLDU - VİDEO
-
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
İmtahan verəcək şagirdlər üçün vacib MƏLUMAT
-
Yağan yağışlar Xəzər dənizinin səviyyəsini artırıb? - AÇIQLAMA
-
Bakıda ər-arvadın evdən meyitləri tapıldı
-
"Həkim səhvən bağırsağımı kəsdi, 7-ci dəfə..." - VİDEO
-
Pezeşkian sülh üçün İranın şərtlərini AÇIQLADI





