Azərbaycanın ənənələrindən biri də xınayaxdı mərasimidir. Bu mərasim toydan 2-3 gün qabaq olur. Adətən, oğlan toyundan qabaq keçirilir bu mərasim. Bəzi bölgələrdə isə qız toyundan əvvəl keçirilir. Bu mərasim qız evinə məxsusdur və məhz orada, qız evi tərəfindən keçirilir. Xınayaxdı mərasiminin əsas mənası ondan ibarətdir ki, gəlin olacaq qız subaylığın son gecəsini yaşayır.
Çal-çağır bizdən, hədiyyə - sizdən
Xınayaxdı mərasimi qız evi tərəfindən keçirilsə də, hədiyyələr və xına oğlan evindən gətirilir. Xına mərasimində qız evinin dəvət etdiyi qonaqlar olur, oğlan evindən isə ailənin ən yaxın adamları.
Mərasimə oğlan evi müxtəlif xonçalar yollayır. Xonçalarda qız üçün nəzərdə tutulmuş hədiyyələr olur. Bu, adətən, müxtəlif növ şirniyyat, qıza lazım olan əşyalar, xına və s. olur.
Xına mərasiminin yaraşığı - xonçalar
Xınayaxdı Azərbaycanın qədim ənənələrindən biri
olsa da, bir zaman öz populyarlığını itirmişdi. Lakin son dövrlərdə yenidən dirçəldildi.
Xınayaxdının yaraşığı xonçalardır. Xonçalar oğlan evi tərəfindən gətirilsə də, çox vaxt hər şey qız tərəfindən seçilir. Nişanlı qız oğlanın ən yaxın ailə üzvləri olan qadınlarla (bacısı, xalasıqızı-bibiqızıları və s.) birlikdə alış-verişə aparılır və onun zövqünə görə paltarlar, ətriyyat, kosmetika və s. seçilərək xonça tutulur.
Onu da deyək ki, xonçalar ancaq xınayaxdı mərasimi üçün nəzərdə tutulmayıb. Adətən, toya qədər olan müxtəlif bayramlarda oğlan evi xonçalar hazırlayaraq qız evinə qonaq gedir.
Təbii ki, xınayaxdı mərasiminin xonçaları daha dəbdəbəli olur. Bəs o neçəyə başa gəlir? Bu haqda məlumat almaq üçün xınayaxdı mərasimlərinin təşkilatçılığı ilə məşğul olan studiyaya yollandıq. Studiyanın rəhbəri bildirdi ki, xınayaxdıya aparılan xonçalar heç də ucuz deyil. Qiymətlər sifarişlərdən və zövqdən asılıdır.
Xonçalar neçəyə başa gəlir?
Xonçaları şərti olaraq iki qismə bölmək olar - oğlan evi tərəfindən evdə hazırlanan xonçalar və sifarişlə hazırlanan xonçalar.
Evdə hazırlanan xonçalar daha ucuz başa gəlir. Sifarişlə hazırlananlar isə bir qədər baha olur. Çünki sifarişlə hazırlanan xonçaların dəyəri hazırlanan səbətlərdən asılıdır.
Xonçaların qiyməti müxtəlifdir. Sadə xonçaların qiyməti 25-60 AZN arasında dəyişir. Lakin 120 AZN dəyərində olan xonçalar da var. Bu qiymətlər yalnız xonçalarındır. Amma xonçaların içinə düzülən müxtəlif şirniyyatları və gəlin üçün hədiyyələri də üstünə gəlsək... məlum olur ki, bu xonça çox pul aparacaq.
2500 AZN - bir xınayaxdı mərasiminə?..
Qeyd edək ki, xınayaxdı mərasimi məhz şərq qadınlarına məxsusdur. Bu mərasimdə, adətə görə, ancaq qızlar olur. Lakin son vaxtlarda qızlarla yanaşı, qız evinə yaxın olan oğlanlar da mərasimə qatılırlar.
Həmsöhbətim 23 yaşlı Leyla Novruzova xınayaxdı mərasiminin olduqca baha olduğunu bildirdi.
"Xınayaxdı mərasimində istifadə olunan hər bir əşyanı mən özüm seçmişdim. Bu səbəbdən də oğlan evinin nə qədər xərclədiyini yaxşı bilirəm. Bu elə də asan bir iş deyil. Baxmayaraq ki, bu gün hər şey studiyalar tərəfindən hazırlanır, bu, pul tələb edir. Çünki adi bir xonçanın bəzədilməsi heç də ucuz deyil", - Leyla Novruzova dedi.
Bu mərasim ilk növbədə oğlan evinə olduqca baha başa gəlir. Çünki xınayaxdıda tək xonçalardan istifadə olunmur. Bu mərasimin bir yaraşığı da son vaxtlar dəbə minmiş gəlin və bəy geyimləridir. Bu geyimlər qədimdə toy mərasimlərində istifadə olunmuş paltarların surətidir.
Xınayaxdı üçün hazırlanan geyimlər studiya tərəfindən sifarişlə alınır. Mərasimdən sonra isə bu geyimlər təhvil verilir. Xınayaxdıda istifadə olunan geyimləri, gəlin və bəy bu geyimlərdə fotosessiya keçirirlərsə, adətən, studiya öz öhdəsinə götürür. Fotosessiyanın haqqı oğlan tərəfindən ödənilir. Qeyd edək ki, fotosessiyanın qiymətləri müxtəlifdir - 60-150 AZN arasında dəyişir. Daha sonra bu şəkillər alboma salınaraq qız evinə təqdim edilir.
Şamdanlar, güzgü, xına əlcəkləri, örtük...
Hal-hazırda xınayaxdı mərasimində istifadə olunan əşyaların hər biri studiyalarda sifarişlə hazırlanır.
Bura şamdanlardan tutmuş qızın əlinə xına yaxılarkən istifadə olunan əlcəklər də daxildir. Hətta xonçada olan şirniyyatlar da bu gün studiyada bəzədilərək oğlan evinə təhvil verilir.
Qiymətlər isə olduqca müxtəlifdir:
Şamdanlar - 20-40 AZN
Güzgü - 25-50 AZN
Xına əlçəkləri - 15-35 AZN
Gəlin üçün üz örtüyü - 25 AZN
Zinət əşyaları üçün nəzərdə tutulmuş zinət qabı - 15-45 AZN
Üzərlik qabı - 20-25 AZN
Xınayaxdı qabı - 20-35 AZN və s.
Oğlanlar üçün xonça - qədim ənənə, yoxsa müasirliyə doğru addım?
Milli adətlərə görə, toya bir həftə qalmış qız evi tərəfindən oğlan üçün də xonça hazırlanır. Bu xonçaya oğlan üçün nəzərdə tutulmuş müxtəlif geyimlər, ətirlər, aksesuarlar və müxtəlif növ şirniyyatlar qoyulur. Qeyd edək ki, oğlan üçün nəzərdə tutulmuş xonçalar da studiya tərəfindən hazırlana bilər.
Təbiidir ki, bir çoxları xınayaxdı studiyalarında hazırlanan xonçaların qiymətinin baha olduğunu deyəcəklər. Lakin unutmaq lazım deyil ki, xınayaxdı mərasiminə xonça hazırlamaq elə də asan iş deyil. Bu mərasimə hazırlıq böyük səbir və yüksək zövq tələb edir. Məhz bu səbəbdən də bu gün əksəriyyət bu cür studiyalara üstünlük verir.
Türkan Nadirqızı
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xınayaxdı mərasimi neçəyə başa gəlir? - QİYMƏTLƏR - FOTOSESSİYA
16 Oktyabr 2012 01:00
4 Şərh
Baxış: 46 908

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Yuxuları pozulur, olmazın söyüş eşidirlər” – Xətaidə restorandan ŞİKAYƏT - VİDEO
-
Tramp Putini qarşıladı - VİDEO - FOTO
-
Putinin qaşılanmasında maraqlı detal - ABŞ meydan oxuyur? - VİDEO
-
Corcina Ronaldo ilə müqavilə imzalayıb: Boşansalar, görün nə qədər pul alacaq
-
"Əgər sammit pis keçərsə, çıxıb gedəcəyəm"
-
Ağ Ev: Sammit “üçün üçə” formatında keçiriləcək - FOTO
-
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı - FOTO
-
Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız - Ən yüksək və az maaşlı sahələr
-
Ceff Bezosa ağır itki - FOTO
-
Ukraynada ölkə üzrə hava həyəcanı elan edildi
-
Ali Koçun Fənərbağçaya öz cibindən verdiyi böyük məbləğ açıqlandı
-
Ümidini itirmişdi - İtmiş pul qabı 11 il sonra görün haradan tapıldı - FOTO
-
Alyaskadakı görüşdə kimlər olacaq? - Siyahı
-
Məşhur cütlük ayrılıq iddialarına belə son verdi - FOTO
-
Pakistanda helikopter qəzası - Ölənlər var
-
"Qalatasaray"da yeni müqavilə - 4 mövsümlük imzalandı - FOTO
-
Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB
-
Zərərçəkmişlər növbəti dəfə ifadə verdilər - FOTO
-
Yolda tapdığı lələk sayəsində zəngin oldu
-
Britaniyada hava limanında iki təyyarə toqquşdu
-
Ad günündə vəfat etdi... - FOTO
-
Napoli, türk ulduzu transfer etdi
-
Naci Görürdən qorxunc zəlzələ açıqlaması: İstədiyiniz qədər dua edin, dayandıra bilməzsiniz
-
Hər kəs Kerem Aktürkoğlu deyirdi - Fənərbaxçadan gözlənilməz addım - FOTO