Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli "Alufar IRONMAN 70.3 Baku" yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.
Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.
Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, "Sheraton Baku Intourist" hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.
Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Qəbələ-Laza yolu keçilməz hala düşdü - (Video)
-
Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Day.Az informasiya portalının 23 yaşı tamam olur
-
Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti - (Video)
XƏBƏR LENTİ
-
Gömrükçülər soğan yükündə narkotik aşkarladılar
-
Aleyna Tilki özünə dost axtarır - (Foto)
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Xırdalanda güclü yanğın olub - (Video)
-
Qadın futbolçuların yumurta hüceyrələri dondurulacaq
-
Jurnalistin 15 yaşlı oğlu bədbəxt hadisə nəticəsində öldü
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
"Kurtlar Vadisi”nin məşhur malikanəsi rekord qiymətə satışa çıxarıldı - (Foto)
-
Qəbələ-Laza yolu keçilməz hala düşdü - (Video)
-
Bakıda bu yollar bağlanacaq: Sürücülərə xəbərdarlıq
-
Hadisənin Antalya konsertində sürprizi: Onu səhnəyə çıxardı - (Video)
-
"Qalatasaray"a yox deyən Martinellinin yeni klubu bəlli oldu
-
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib - (Foto)
-
Nahidə Babaşlı toy tarixini açıqladı - (Foto)
-
Dünya bazarında neft bahalaşıb
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Day.Az informasiya portalının 23 yaşı tamam olur
-
“Şimşək Makkuin” Formula-1 trasında fəxri dövrə vuracaq
-
Son günlər uşaqlar arasında yayılan virusa qarşı həkim məsləhəti - (Video)
-
Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar
-
Bürclərin kişiləri aşiq olduqda necə davranır?
-
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - (Video)
-
Psixoloqlara görə bu xüsusiyyətə malik qadınların evlilikləri daha xoşbəxt olur
-
CeyLo heyrətamiz bədən quruluşu ilə gənc qadınlara meydan oxuyur - (Foto)





