Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək.
"Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.
Bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin DCO və üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Bu layihələr sırasında vətəndaş, dövlət qurumu və bizneslər üçün vahid elektron xidmət sistemi olan "mygov" və "mygov Business" platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən "Digital Bridge", təhlükəsiz vahid giriş sistemi "Digital Login", qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), eləcə də pulsuz biometrik rəqəmsal imza həlli olan SIMA yer alır", - nazirliyin məlumatında qeyd olunub.
Məlumata görə, DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında təsis edilən DCO, rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
Kürdəmirə oğurluğa girən şəxs 7 min manatlıq qızılları satıb maşın aldı
-
"Alya": "Heç bir estetik əməliyyatım yoxdur" - (Video)
-
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
-
Azərbaycanda bir gündə 46 cinayətin üstü açıldı
-
Azərbaycanda hava bağlı son məlumat
-
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - (Foto)
-
Tayland viza rejimini sərtləşdirir: Azərbaycan siyahıda qaldı
-
Maykl Cordanın 25 ildir heç kimin görmədiyi “Ferrari”si hərraca çıxarılır - (Fotolar)
-
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib
-
Si Cinpin və dünya iqtisadiyyatının yeni arxitekturası - (Foto)
-
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
-
Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq
-
Honda və Nissan əməkdaşlıq edəcək
-
Azərbaycanda "su qiymətinə" avtomobillər satışa çıxarılır - 500 manatdan başlayan qiymətlərlə...
-
“Qızıl top”un sahibi bu tarixdə bəlli olacaq
-
Şəkidə oteldə yanğın oldu
-
Paşa Şirinov vəfat etdi
-
Bitcoin və əsas kriptovalyutalar bahalaşdı
-
Kənan Yıldız əməliyyat olundu – “Yuventus”dan açıqlama
-
Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - (Yenilənib/Foto)
-
Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi
-
"Kurtlar vadisi"nin aktyoru yeni serialda - (Foto)
-
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir





