Siyasət

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

1 Sentyabr 2026 09:20
Baxış: 290

Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti təşkil olunub.

Milli.Az xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib.

Onlardan 434-ü xarici jurnalistlərdir və 115 media qurumunu təmsil edirlər.

Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər.

Azərbaycan mediasının nümayəndələri də sammiti izləyərək, keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.