Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin may ayı üzrə avtomobil bazarına dair hesabatını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hesabatda ölkənin avtomobil bazarında qiymət artımının tempinin zəiflədiyi və bazarın sabitləşmə mərhələsinə daxil olduğu qeyd olunub.
Məlumata görə, may ayında avtomobil indeksi 104,1 bənd təşkil edib. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə qiymətlərin 4,1 faiz artdığını göstərsə də, aylıq müqayisədə 1,6 faiz azalma qeydə alınıb.
Palata bildirir ki, bazardakı bu dəyişiklik əsasən ucuz avtomobillərin satış payının artması ilə bağlıdır. Ən çox satılan modellərin qiymətlərində isə cəmi 0,73 faiz azalma müşahidə edilib.
Hesabat dövründə avtomobillərin orta bazar qiyməti 30 min 470 manat səviyyəsində qalıb və əvvəlki ayla müqayisədə ciddi dəyişiklik baş verməyib. Median qiymət isə 18 min manata enib.
Araşdırmaya əsasən, ikinci əl avtomobillər bazarın 73 faizini təşkil edib. Yeni avtomobillərin payı isə 27 faiz olub. İstehlakçıların daha çox əlçatan qiymətə malik nəqliyyat vasitələrinə üstünlük verdiyi vurğulanır.
Bazarda sedan tipli avtomobillər 45,9 faiz payla liderliyini qoruyub saxlayıb. SUV və krossoverlər isə 25,6 faiz payla ən sürətlə böyüyən seqment kimi göstərilib.
AQP-nin məlumatına görə, bazarda təklif olunan avtomobillərin orta yaşı 21,1 il, orta yürüş göstəricisi isə 257,9 min kilometrdir. Bu amillər avtomobillərin dəyərində orta hesabla 28,1 faiz diskont formalaşdırır.
Hesabatda hibrid və elektrik avtomobillərinə marağın artdığı da qeyd olunub. Belə ki, may ayında onların bazar payı 10,3 faizə yüksəlib. Dizel mühərrikli avtomobillərin payı isə 15,2 faizə qədər azalıb.
Mütəxəssislərin qənaətinə görə, may ayında satışların həcmi 1,5 faiz azalsa da, bu dəyişiklik mövsümi xarakter daşıyır və bazarın ümumi vəziyyətinə ciddi təsir göstərmir.
AQP yay aylarında avtomobil indeksinin 103-106 bənd aralığında dəyişəcəyini və bazarda sabit inkişaf meylinin davam edəcəyini proqnozlaşdırır.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
XƏBƏR LENTİ
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO





