Fermerlər üçün yeni imkanlar yaradılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
Nazir bildirib ki, aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün "Aqrar sahə haqqında" yeni qanunun hazırlanması nəzərdə tutulur:
"Bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunla təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq. Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq".
M.Məmmədov vurğulayıb ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur:
"Yeni "Balıqçılıq haqqında" qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq".
Nazir əlavə edib ki, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur.
"Toxumçuluq haqqında" qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq".
Məcnun Məmmədovun sözlərinə görə, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Nazir bildirib ki, qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcəkd. Pilot layihələrin nəticələrinə əsasən, bu təcrübə genişləndiriləcək, torpaq istifadəsinin səmərəliliyi və istehsal xərclərinin azaldılması dəstəklənəcək.
M.Məmmədov vurğulayıb ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün "Məhsul şəhadətnaməsi haqqında" qanunun qəbulu nəzərdə tutulur:
"Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək və investisiya imkanları genişlənəcək".
Nazir qeyd edib ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan normativ-hüquqi islahatlar aqrar sektorun idarə edilməsinin təkmilləşdirilməsinə, rəqabətqabiliyyətliliyinin artırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və kənd təsərrüfatının müasir inkişaf çağırışlarına uyğun şəkildə transformasiyasına mühüm töhfə verəcək.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda "xına məclisi"ni kişi apardı - VİDEO
-
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB
-
Bakı Metropoliteni yay qrafikinə keçid edir
-
Bahadur Rzayev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək
-
Geomaqnit aktivlik 12–13 iyunda artacaq
XƏBƏR LENTİ
-
Azərbaycanda "xına məclisi"ni kişi apardı - VİDEO
-
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB
-
İran nüvə obyektləri ilə bağlı ittihamlara cavab verdi
-
Leyla Khazari Art Gallery-də gənc rəssamların qrup sərgisi "Tiny Worlds"un açılışı baş tutub - FOTO
-
Bakı Metropoliteni yay qrafikinə keçid edir
-
74 yaşlı kişi laqunda ilə ayağını doğradı - Öldü
-
Diana və Kevin ahıl yaşında özlərinə toy etdilər - VİDEO
-
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
-
Bahadur Rzayev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanda ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək
-
Türkiyədən Fransa və Kiprə sərt xəbərdarlıq: Cavabımız ağır olacaq
-
Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"
-
Geomaqnit aktivlik 12–13 iyunda artacaq
-
Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək
-
Türkiyə və Ermənistan arasında yeni razılaşma: Sərhədlər açılır
-
Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib
-
Fermerlər üçün yeni imkanlar yaradılacaq
-
Portuqaliyada velosipedçi qadın sürücünü döydü - VİDEO
-
İker Kasilyas "Portu"nu məhkəməyə verdi
-
Zümrüd Qasımova: "14 övladımın olmasını istəyirdim"
-
“Mançester Siti”dən Anderson üçün 14 milyonluq təklif
-
Gəncədə “Bolt” sürücüləri sifariş qəbulunu niyə dayandırıb?
-
Məhərrəmlik ayı qızılın qiymətinə necə təsir edəcək? - AÇIQLAMA
-
"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan





