Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 282-yə çatıb.
"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub. Müraciətlərə "Startap" şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb.
"Startap" şəhadətnamələri "İşhesabı" MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, "Bonfi" MMC-nin rəqəmsal imtiyazlar həlli, "Qalan" MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, "Splus az" MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, "Vexvon" MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, "Anacan" MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, "Chevvick Solutions" MMC-nin mobil ödəniş platforması, "Too Far Logistics and Consulting" MMC-nin kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin elektron idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, "S2 Studio" MMC-nin mobil restoran rezervasiya platforması, "Viralix" MMC-nin süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda ehtiyyatlı OLUN - Hər an qəza baş verə bilər
-
Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
7-ci siniflər üçün qəbul prosesi start götürdü
-
Ölkədə həmin gün evlənənlərin sayı rekord VURDU
-
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub
-
Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?
XƏBƏR LENTİ
-
İran İsrailə qarşı əməliyyatları dayandırdı
-
Bu yolda ehtiyyatlı OLUN - Hər an qəza baş verə bilər
-
Sabah parlamentdə bu məsələ müzakirə ediləcək
-
Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
DÇ-2026: ABŞ-Türkiyə matçının oynanacağı möhtəşəm STADİON - VİDEO
-
Pakistanda seçki öncəsi aksiya: 11 ölü, 23 yaralı var - VİDEO
-
7-ci siniflər üçün qəbul prosesi start götürdü
-
Ölkədə həmin gün evlənənlərin sayı rekord VURDU
-
Dünyada yalnız bir dənədir - 24 saat qorunur - FOTO
-
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub
-
Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
-
Tramp İran və İsraili dərhal atəşkəsə çağırdı
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
-
Ev almaq istəyənlər üçün müqayisə: Bakı, yoxsa Sumqayıt?
-
Goranboyda ağır qəza: 2 nəfər öldü
-
Zeynəb Cavadlının anası danışdı: "Qızım və nəvələrimdən xəbər ala bilmirəm" - VİDEO
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
-
Əməkdar artistin xanımı ilə FOTOsu diqqət çəkdi
-
Aşuranın vaxtı açıqlandı
-
13 ildən sonra “Real”a QAYITDI - FOTO
-
Elşad xanımı ilə - FOTO
-
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ CAVAB
-
“Onu 10:0 məğlub edəcəyəm”





