Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda tıxac probleminin həlli üçün dəniz nəqliyyatından istifadənin mümkünlüyü ilə bağlı sosial şəbəkələrdə müxtəlif təkliflər səsləndirilir. İrəli sürülən fikirlərdən biri də paytaxtın müxtəlif əraziləri arasında sərnişinlərin dəniz yolu ilə daşınmasının təşkil edilməsidir.
Bəs bu model Bakı üçün nə dərəcədə realdır?
Ekoloq Qorxmaz İbrahimli Milli.Az-a açıqlamasında bildirib ki, Bakıda dəniz nəqliyyatının tətbiqi ilə tıxac probleminin aradan qaldırılması ideyası reallığa uyğun deyil.
Onun sözlərinə görə, Bakı ilə İstanbulu dəniz naviqasiyası baxımından müqayisə etmək düzgün deyil. Ekoloq bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan suyun səviyyəsi və sahilboyu şərait daim dəyişir:
"Xəzərdə hazırda suyun çəkilmə dövrüdür. Belə şəraitdə böyük vəsait hesabına dəniz nəqliyyatı infrastrukturu yaratmaq iqtisadi cəhətdən səmərəli olmaz".
Qorxmaz İbrahimli hesab edir ki, Bayıl-Əhmədli kimi istiqamətlər üzrə sərnişinlərin dəniz yolu ilə daşınması üçün iri layihələrin həyata keçirilməsi tıxac problemini həll etməyəcək.
Ekoloq qeyd edib ki, Türkiyədə və digər ölkələrdə dəniz nəqliyyatı sistemləri yüz illər ərzində formalaşmış infrastruktur üzərində qurulub və davamlı inkişaf etdirilir. Onun fikrincə, Azərbaycanda isə belə bir baza mövcud deyil.
Q.İbrahimli Bakıda nəqliyyat sıxlığının azaldılması üçün əsas həll yolunun şəhərin yükünü azaltmaq olduğunu bildirib. O, bəzi universitetlərin, nazirliklərin və paytaxt üçün zəruri olmayan dövlət qurumlarının regionlara köçürülməsini təklif edib:
"İnsanlar maariflənməli, şəhərin mərkəzləşməsi azaldılmalıdır. Məsələn, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının regionlarda yerləşdirilməsi həmin ərazilərin inkişafına da təkan verə bilər".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)
-
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır - (Tam bəyanat)





