Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır? - AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.
Milli.Az xəbər verir ki, mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır.
Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.
Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.
Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.
Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən zəngin insanı onlardır - SİYAHI
-
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
-
Ölkədə İLK: Bu torpaqlar birləşdirilir
-
Azərbaycanda ət qiymətləri ilə bağlı mühüm PROQNOZ
-
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır? - AÇIQLANDI
-
Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri möhkəmləndirir - FOTO
XƏBƏR LENTİ
-
Pis havanı unudun, 32 dərəcə isti olacaq - PROQNOZ
-
Bakıda bu küçədə yol çökdü
-
Dünyanın ən zəngin insanı onlardır - SİYAHI
-
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
-
Bakıda məşhur baş həkim dünyasını dəyişdi - FOTO
-
Ölkədə İLK: Bu torpaqlar birləşdirilir
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
Azərbaycanda ət qiymətləri ilə bağlı mühüm PROQNOZ
-
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır? - AÇIQLANDI
-
Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri möhkəmləndirir - FOTO
-
İranla razılaşma bu tarixdə əldə oluna bilər
-
Polşa iki ölkə ilə hava hərəkətini məhdudlaşdırdı
-
Yol nişanlarında YENİ DƏYİŞİKLİK təklifi
-
"Uşaq evi dağıdır, sonra gəlib başıma çıxdı"
-
Məşhur çimərlik torpaq sürüşməsi riskinə görə bağlandı
-
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
-
"50 manatdan aşağı olmaz" - Taksi sistemində nə baş verir? - FOTO
-
"Maşını dostlarım hədiyyə edib"
-
Bu çayın üzərində su anbarı tikiləcək
-
Sərhəddə 5 milyon 609 min 617 manat оlan qaçaqmal tutulub
-
Türkiyədə üç məşhurun narkotik testinin nəticələri AÇIQLANDI
-
Əhməd əl-Şaraa xanımı ilə restoranda görüntüləndi - VİDEO
-
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
-
Bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək





