Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova Serbiyanın paytaxtı Belqradda keçirilən IPU-nun Qadın- Parlamentarilərin Qlobal Konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, konfransın mövzusu "Bərabərliyin təşviqi: gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" olub.
Sevil Mikayılova tədbir çərçivəsində təşkil olunan "Stereotiplərə və mənfi normalara qarşı birgə fəaliyyət" adlı sessiyaya sədrlik edib.
Sessiyanın yekunlarını sədr qismində təqdim edən S. Mikayılova qanunvericilikdə bərabərlik prinsipinin təşviqinin vacibliyini vurğulayıb.
"Əfsuslar olsun ki, ayrıseçkilik dünyanın müxtəlif ölkələrində milyonlarla qadın və qız üçün hələ də reallıq olaraq qalır. BMT-nin məlumatlarına görə, 2,5 milyarddan çox qadın və qız ayrıseçkilik xarakterli hüquqi normaların qüvvədə olduğu şəraitdə yaşayır. Bu cür qanunlar yalnız kağız üzərində hüquqları məhdudlaşdırmaqla kifayətlənmir, həm də zərərli stereotipləri gücləndirərək qadınların daha az imkanlara, daha zəif müdafiəyə və ya ictimai həyatda daha məhdud rola layiq olduğu barədə təsəvvür formalaşdırır", - deyə o qeyd edib.
S. Mikayılova bildirib ki, Azərbaycanda bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. "Son dövrlərdə atılmış mühüm addımlardan biri Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdir. Həmin dəyişiklik cinsindən asılı olmayaraq bərabər əməyə və ya eyni dəyərə malik əməyə görə bərabər əmək haqqının təmin edilməsini nəzərdə tutur. Bu, mühüm addımdır, çünki əmək haqqında gender fərqi çox vaxt qadın əməyinin kişi əməyindən guya daha az dəyərli olması stereotipinə əsaslanır. Bərabər əmək haqqı prinsipini gücləndirməklə Azərbaycan aydın şəkildə nümayiş etdirir ki, əmək işçinin cinsinə görə deyil, onun verdiyi töhvəyə görə qiymətləndirilməlidir", - deyə o vurğulayıb.
S. Mikayılova həmçinin qadınların Azərbaycan iqtisadiyyatında iştirakının genişləndiyini qeyd edib.
"2025-ci il üzrə ilkin məlumatlara əsasən, qadınlar əmək fəaliyyəti olan əhalinin 48,1 faizini təşkil edir. Dövlət qulluqçularının 30,3 faizi və fərdi sahibkarların 23,7 faizi qadınlardır. Bu göstəricilər qadınların iqtisadi fəallığının artdığını əks etdirir və onların inkişaf, innovasiya və dövlət idarəçiliyi sisteminə verdiyi töhfəni nümayiş etdirir", - deyə S. Mikayılova əlavə edib.
Qeyd edək ki, Qadın Parlamentarilərin Qlobal Konfransı IPU və Serbiya Milli Assambleyası tərəfindən birgə təşkil olunub. Tədbirin məqsədi gender bərabərliyinin təşviqi, qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində təcrübə mübadiləsi aparılması və yeni strategiyaların hazırlanması üçün platforma yaratmaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





