Cəmiyyət

AYNA-dan Bakı üçün yeni addım: Hansı küçələr dəyişdi? - FOTO

20 May 2026 11:10
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Milli.Az xəbər verir ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Görülən işlər çərçivəsində daha 2 yeni yol sahəsində - Şəfayət Mehdiyev küçəsində və Vaqif prospektində mikromobillik zolaqları təşkil edilib. Mətbuat prospektində daha öncə təşkil edilmiş zolaqlar isə Akim Abbasov küçəsi ilə kəsişməyə qədər uzadılıb. Ərazidə müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Növbəti mərhələdə Akim Abbasov küçəsində salınacaq yeni mikromobillik zolağı sayəsində dairəvi hərəkət təmin olunacaq. Vaqif prospektində salınan zolaqların isə gələcək perspektivdə "Atatürk" parkındakı velosiped zolağı ilə əlaqələndirilməsi planlaşdırılır.

Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.