Gözlərin yaşarma səbəbləri
Gözlərdə meydana gələn müxtəlif problemlərin qarşısını almaqla insanların həyata baxmaq üçün olan yeganə vasitəsi olan gözü qorumuş oluruq. Gözlərdə tez-tez rast gəlinən problemlərdən biri də yaşarma və sulanma ilə bağlıdır ki, bəzi insanlarda bu hal daha tez-tez təkrar olunur. Bəzən adi vəziyyətlərdə, televizora baxarkən, kitab oxuyarkən, kompüterdən istifadə zamanı, yaxud küləkli havada belə hallarla rastlaşmalı oluruq. İnsanlar gözlərin yaşarma səbəbini bəzən yaşlılıqla, gözlərin zəifləməsi, bəzən də heç diqqət yetirmədən adi hal kimi qarşılayırlar. Bəz əslində gözlərin yaşarma səbəbləri hansı amillərlə bağlıdıır?
Göz, gözü qorumaq, sürüşkənliyi və aydınlığını təmin etmək üçün yavaş, sabit şəkildə göz yaşı ifraz edir. Göz yaşının kifayət qədər olmaması göz quruluğu, göz qapaqlarından daşacaq qədər olmasına isə göz sulanması deyilir. Göz yaşı adi bir maye, su deyil və içərisində gözü qoruyan bir çox maddə var. Oyaq vəziyyətdə olduqda göz yaşı ifrazı davam edir.
Həkim-oftalmoloq Qurban İsmayılov deyir ki, gözyaşı vəziləri tərəfindən ifraz olunan göz yaşı buruna göndərilən göz yaşından artıqdısa, gözdə sulanma, hətta qapaqların xaricinə daşma meydana gəlir. Həkimin fikrincə, soyuq, isti, işıq, ağlama, həyəcanlanma, yorğunluq kimi vəziyyətlərdə göz yaşarması olduğu kimi bu hal bəzi pozğunluqların da əlaməti ola bilər. Göz yaşarmasının səbəblərinə gəldikdə isə bunlar, əsasən, göz qapağı pozuqluğu, göz içi iltihabı, gözə kənar cisimlərin daxil olması, göz yaşı kanallarındakı tıxanıqlıq və ya darlıqlardır. Bundan başqa adi vəziyyətlərdə, məsələn, soğan kəsərkən gözlər yaşarır və bu onunla əlqələndirilir ki, bir və ya bir neçə kükürt atomu ehtiva edən molekullar var, soğanı kəsərkən bu kükürt atomları bir sıra xarici elementlərlə təmasa keçərək bir ferment təşkil edir. Nəticədə isə ortaya uçucu bir yağ çıxır və bu yağ gözləri qıcıqlandıraraq gözlərin yaşarmasına səbəb olur.
Oftalmoloqun sözlərinə görə, gözü davamlı nəm tutan, təmizləyən və qoruyan, üst göz qapağının xarici qismində, qaşın altında olan gözyaşı vəziləri tərəfindən ifraz olunan göz yaşının daha çoxu göz yaşı kanalı tərəfindən burun boşluğuna çatdırılır: "Göz yaşı kanalı alt və üst göz qapaqlarınının daxili küncündə iki kiçik dəlik olaraq başlayır və buradan aşağı doğru uzanaraq burun boşluğuna açılır. Ağlayarkən burnumuzun axmasının səbəbi çox miqdarda gözyaşının bu kanaldan burunun içinə boşalmasıdır. Bu boşalma kanallarındakı hər hansı tıxanıqlıq göz yaşı kanal tıxanıqlığı olaraq göstərilir".
Ümumiyyətlə, göz yaşı digər mayelər kimi buxarlanır.
Uşaqlarda gözlərin sulanması
Həkim deyir ki, uşaqlarda gözlərin sulanması adətən gözə yad cisimlərin daxil olması ilə əlaqədar olur: "Bundan əlavə göz qapağı pozuqluğu, göz təzyiqi xəstəliyi, kanal tıxanıqlığı kimi amillər daxildir. Kanal tıxanıqlığı erkən doğulan uşaqlarda, oğlan və sezeryan doğulanlarda bir qədər daha çox rast gəlinir. Körpələrdə kanal tıxanıqlığı və ya darlığı sıx rast gəlinən bir vəziyyət olub bir yaşına qədər adətən açılır. Bu vaxta qədər açılmadığı təqdirdə 4 yaşından etibarən əməliyyat aparılır. Yeniyetmələrdə adətən əməliyyat seçilir və bunun sonrakı yaşlara keçirilməməsində fayda var.
Bundan başqa körpələrdə və uşaqlarda müşahidə edilən göz qapaqlarındakı infeksiyalar da sulanmağa səbəb olur. Uşaqlardakı göz sulanması allergiya nəticəsində də yarana bilər. İlk 6 aydan sonra gözlərdə qaşınma, qızarıqlıq, yanma və sulanmanın olması öncə ağıla allergiyanı gətirir. Adətən hər iki gözə birikdə təsir edən bu vəziyyəti həkimə göstərmək və allergik faktorlardan uzaq durmaq lazımdır. Kimyəvi təsirlər də gözlərin yaşarmasına səbəb ola bilər".
Gözlərinizi silərkən diqqətli olun
Ümumiyyətlə, gözlərin yaşarması, sulanması kimi problemləri olan insanların bunu adi bir hal kimi qəbul edib, diqqət yetirməməsinin düzgün olmadığını deyən həkimin məsləhətinə görə, göz sulanması şikayəti olanlar ilk öncə gözlərini qıcıqlandırmamaq üçün gözlərini silərkən diqqətli olmalıdırlar: "Gözündə sulanma olanların ən böyük səhvi gözlərini davamlı olaraq dəsmalla silərək qıcıqlandırmasıdır. Əllə, ya da dəsmalla silinən gözlərdə göz sulanması artır. Çünki davamlı əl, ya da dəsmalla gözləri silmək gözün daha asan mikrob yığmasına səbəb olur. Gözlər sulandıqda gözlər deyil, axan maye silinməlidir. Soyuq və küləkli havada göz sulanması problemi olanların yanma və sulanma şikayəti artır ki, bu baxımdan göz sulanması problemi olanlar soyuq və küləkli havada qoruyucu eynəklərdən istifadə etməlidirlər".
Oftalmoloq onu da qeyd etdi ki, son zamanlar gözlə bağlı problemlərin artmasının bir səbəbi də kompüterdən istifadə ilə bağlıdır. Belə ki, kompüter qarşısında uzun müddət oturmaq da gözlərin sulanmasına səbəb olur. Həkim bunun üçün eynəkdən istifadənin gərəkliliyini və eynəkdən istifadənin utanacaq bir vəziyyət deyil, gözün qorunması, insanın səhhəti üçün vacib amil olduğunu bildirdi.
Nigar
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sizin də gözləriniz yaşarır?
6 Sentyabr 2012 02:00
2 Şərh
Baxış: 17 932

DİGƏR XƏBƏRLƏR
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü
-
Bakıda parklanma ilə bağlı vacib yenilik
-
Həccə yollanacaq ən gənc və ən ahıl azərbaycanlı zəvvarın yaşı açıqlandı
-
Zibil qutusundan tapılan külçələr kimindir?
-
Bakıda dilənçinin 1 günlük qazancı şoka saldı - VİDEO
XƏBƏR LENTİ
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
UEFA Avropa Liqasının qalibi bəlli oldu
-
Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO
-
İkibaşlı ilan hər kəsi təəccübləndirdi
-
Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü
-
140 min illik tapıntılar dünyanı şoka saldı
-
Ölümcül xəstəliyin gizli əlaməti - Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir - FOTO
-
Bu meyvəni yeyənlər rahat yuxu yatır
-
Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır
-
İsti hava elektrikli avtomobillərin performansını necə azaldır?
-
Elan saytlarından avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
Netanyahu: İsrail bir şərtlə atəşkəsə razıdır
-
Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü
-
Seyidrəsul Nuranəni öldürdükdən sonra 3 gün heç kimin xəbəri olmayıb - detallar - YENİLƏNİB
-
Britaniyalı gənclərin yarısı internetsiz həyat istəyir
-
Ofeliyadan kişilərə: “Ananızı arvadlarınızın ayağına verməyin!” - VİDEO
-
Yatmazdan əvvəl çimənlərin nəzərinə! - Mikrobioloq xəbərdarlıq etdi
-
Bakıda parklanma ilə bağlı vacib yenilik
-
"Sinəmi kiçiltdiyimə görə peşmanam"