Paytaxtın bu küçəsində hərəkət DƏYİŞDİRİLİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək.
Milli.Az xəbər verir ki, layihə hazırlanarkən ətraf ərazidə mövcud vəziyyət təhlil olunub, "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.
Qeyd edək ki, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq təsdiqlənib.
Təhlillər nəticəsində həmin yol kəsişməsində yüksək nəqliyyat intensivliyi səbəbindən mütəmadi olaraq tıxacların yaranması, piyada əlçatanlılığının aşağı olması, kəsişmənin səmərəli olmaması müəyyən edilib. Bu hal zəncirvari təsir göstərərək paytaxtın bu əraziyə yaxın yollarında ciddi sıxlıq yaradır.
Reallaşdırılan layihəyə əsasən, Ə.Dəmirçizadə küçəsində mövcud hərəkət istiqaməti əksinə dəyişdiriləcək və Təbriz küçəsi istiqamətində birtərəfli hərəkət rejimi tətbiq olunacaq. Bu zaman Ə.Dəmirçizadə küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Qarabağ küçəsi ilə kəsişməsinədək nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə ikitərəfli hərəkət saxlanılacaq.
Sözügedən yol sahəsində ictimai nəqliyyatın hərəkətini ləngitməmək, sərnişinlərin mənzil başına daha rahat çatmasını təmin etmək məqsədilə Qarabağ küçəsi ilə kəsişmədən Xətai prospekti istiqamətində avtobus zolağının təşkili nəzərdə tutulur.
Nəticədə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində buraxıcılıq qabiliyyətini artırmaq üçün 3 fazalı işıqfor tənzimlənməsi 2 fazalı tənzimlənmə ilə əvəzlənəcək. Yəni öncə nəqliyyat vasitələri kəsişmədə 80 saniyə gözləməli olurdularsa, artıq bu vaxt 40 saniyəyə kimi enəcək.
Ərazidə mövcud mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə şəbəkə genişləndiriləcək, piyada əlçatanlığı artırılacaq.
Layihə icra olunduqdan sonra xüsusilə pik saatlarda həm Koroğlu Rəhimov küçəsi ilə düşən axının sürəti artacaq, həm Yusif Səfərov küçəsindən gələn axının tunelə girişində yaranan növbə qısalacaq. Bununla da Yusif Səfərov küçəsində pik saatlarda yaranan sıxlıq azalacaq, həmçinin Xətai prospekti ilə gələn nəqliyyat vasitələri kəsişmədə daha az gözləməli olacaqlar.
Qeyd edək ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
Ətraflı məlumat: https://www.youtube.com/watch?v=FxbxdaO4oEA
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
3 gün iş OLMAYACAQ
-
"Asif Nəsirli Vətən müharibəsi zamanı fədakarlıqlar göstərib" - Kardioloq
-
40 milyon nəfər Mbappenin gedişini istəyir
-
Ölkədə hava dəyişdi: Leysan, dolu…
-
Bakıda taksi platformaları müqayisə edilib: hansı şirkət daha yaxşı nəticə göstərib?
-
ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi
-
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi
-
Azərbaycanda nikahla bağlı mühüm qərar VERİLDİ
-
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
-
Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı
-
Mağazadan 23 min manatlıq oğurluq edildi
-
Elza tanınmış bloqeri də məhkəməyə verdi - FOTO
-
Rusiyanın dövlət telekanalında separatizm sancısı: haran ağrıyır, "Vremya"?
-
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib - FOTO
-
Tramp İranı HƏDƏLƏDİ
-
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
-
Övladı ilə danışığı qınandı - VİDEO
-
Paytaxtın bu küçəsində hərəkət DƏYİŞDİRİLİR
-
Valverde kəllə-beyin travması alıb - Rəsmi AÇIQLAMA
-
Magistraturaya qəbul imtahanı ilə bağlı MÜHÜM XƏBƏR
-
Bakı tıxacdan qurtulur? - Yeni layihə
-
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı
-
Tramp İranla nüvə razılaşmasının şərtlərini AÇIQLADI
-
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə





