Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə KOBİA "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.
1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil & Gas") keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.
Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında "İştirak etmək istədiyiniz tədbir" bölməsində "Caspian Oil and Gas 2026" qeyd olunmalıdır.
KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Asif Nəsirli Vətən müharibəsi zamanı fədakarlıqlar göstərib" - Kardioloq
-
40 milyon nəfər Mbappenin gedişini istəyir
-
Ölkədə hava dəyişdi: Leysan, dolu…
-
Bakıda taksi platformaları müqayisə edilib: hansı şirkət daha yaxşı nəticə göstərib?
-
ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi
-
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi
-
Azərbaycanda nikahla bağlı mühüm qərar VERİLDİ
-
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
-
Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı
-
Mağazadan 23 min manatlıq oğurluq edildi
-
Elza tanınmış bloqeri də məhkəməyə verdi - FOTO
-
Rusiyanın dövlət telekanalında separatizm sancısı: haran ağrıyır, "Vremya"?
-
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib - FOTO
-
Tramp İranı HƏDƏLƏDİ
-
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
-
Övladı ilə danışığı qınandı - VİDEO
-
Paytaxtın bu küçəsində hərəkət DƏYİŞDİRİLİR
-
Valverde kəllə-beyin travması alıb - Rəsmi AÇIQLAMA
-
Magistraturaya qəbul imtahanı ilə bağlı MÜHÜM XƏBƏR
-
Bakı tıxacdan qurtulur? - Yeni layihə
-
Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı
-
Tramp İranla nüvə razılaşmasının şərtlərini AÇIQLADI
-
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
-
Mayın pensiyaları ödənildi





