Məşhur aktrisa özünü öldürmək üçün məhkəməyə üz tutdu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanadalı aktrisa Kler Brosso fiziki cəhətdən sağlam olmasına baxmayaraq, uzun illərdir əziyyət çəkdiyi ağır psixi pozuntular səbəbindən həyatına son qoymaq üçün məhkəmədən hüquqi icazə tələb edir.
Milli.Az xəbər verir ki, 49 yaşlı aktrisa ağır bipolar pozuntu və posttravmatik stress pozuntusu ilə mübarizə apardığını, hər səhər oyanmağın onun üçün dözülməz bir əzaba çevrildiyini bildirərək asissitləşdirilmiş intihar (yardımlı ölüm) arzusunu dilə gətirib.
Ceyms Franko kimi ulduzlarla eyni layihələrdə yer alan və maddi imkanları, sevən ailəsi, dostları kimi "seçim lüksünə" sahib olduğunu etiraf edən Brosso, bütün bunlara rəğmən daxili ağrılarının bitmədiyini və əvvəlki fərdi intihar cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulayıb.
Aktrisanın ailəsi onun fiziki sağlamlığının yerində olmasına baxmayaraq bu qərarından dəhşətə gəlsə də, anası Meri Luiza Kinahan övladının çəkdiyi inanılmaz əzabları görməyin də eyni dərəcədə ağır olduğunu ifadə edib. Tibb dünyasında isə bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur; həkimlərindən biri onun hələ də sağalma şansının olduğunu müdafiə etdiyi halda, digəri qərarını dəstəkləyəcəyini bildirib.
Brosso 8 yaşından bəri ölmək istəyi ilə yaşadığını, onlarla dərman və terapiya növü sınasa da heç birinin nəticə vermədiyini qeyd edərək 2021-ci ildən bəri Kanadanın "Ölüm zamanı tibbi yardım" (MAID) proqramına daxil olmaq üçün mübarizə aparır. O, hazırda psixi xəstəlikləri olan şəxslərin bu proqramdan kənarda qalmasının konstitusiyaya zidd olduğunu iddia edərək hökumətə qarşı hüquqi müstəvidə iddia qaldırıb.
Aktrisa son anlarında orqan donoru olmağa hazır olduğunu, lakin yaxınlarına travma yaşatmamış üçün bu dünyadan təkbaşına ayrılmaq istədiyini bəyan edib. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





