Bakı tıxacdan qurtulur? - Yeni layihə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən "Dərnəgül" dayanacağının istifadəyə verilməsi şəhərin şimal və şimal-qərb istiqamətlərindən paytaxta daxil olan nəqliyyat axınına ciddi təsir göstərə bilər.
Milli.Az bildirir ki, hazırda Bakıda ən böyük problemlərdən biri səhər və axşam saatlarında yaranan tıxaclardır.
Xüsusilə Sumqayıt-Bakı istiqamətində hərəkət edən minlərlə insan gündəlik olaraq şəxsi avtomobil, avtobus və marşrutlardan istifadə edir. Bu isə Bakı-Sumqayıt şosesində, Binəqədi ərazisində, Ziya Bünyadov prospektində və şəhərin digər əsas yollarında sıxlığın artmasına səbəb olur.
"Dərnəgül" dayanacağının əsas üstünlüklərindən biri onun metro şəbəkəsinə yaxın yerləşməsidir. Bu inteqrasiya sərnişinlərə elektrik qatarından düşdükdən sonra əlavə nəqliyyat vasitəsinə ehtiyac olmadan metro ilə şəhərin müxtəlif istiqamətlərinə rahat şəkildə hərəkət etməyə imkan yaradır. Nəticədə bir çox insan şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verə bilər.
Yeni dayanacaq xüsusilə Sumqayıt, Xırdalan, Masazır və Binəqədi istiqamətindən gələn sərnişinlərin vaxt itkisini azalda bilər. Çünki pik saatlarda avtomobillə həmin məsafəni qət etmək bəzən 1-2 saat çəkdiyi halda, dəmir yolu ilə daha qısa müddətdə mənzil başına çatmaq mümkün olacaq.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
XƏBƏR LENTİ
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)





