Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri təşkil olunub.
Milli.Az xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviqi etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.
Yarışda komandalar "Zəfər", "Şahinlər", "Birlik", "Kəpəz", "Xan" və "Qala" adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.
Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.
Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DYP-dən sürücülərə ÇAĞIRIŞ
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycanda zəlzələ OLDU
-
Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
May ayında 3 BÜRCün bəxti açılır - Fürsətləri qaçırmayın
-
Zelenski Ermənistana səfər edəcək
-
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
-
Diplomatik korpusun nümayəndələri Şuşada Xalça Muzeyini ziyarət ediblər - FOTO
-
Bu çay yarım saata adamı YATIZDIRIRMIŞ
-
Bazarda rekord AZALMA - Neft kəskin ucuzlaşdı
-
“Riyad” ticarət mərkəzində YANĞIN
-
Hörmüzdə qaydaları görün kim QOYACAQ
-
Bu ərazidə 3 saatlıq işıq KƏSİLƏCƏK
-
Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir
-
Yol kənarına əkən milyonçu olur
-
Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi
-
Səhərlər daha xoşbəxt oyanmaq üçün yatmazdan əvvəl edə biləcəkləriniz
-
Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?
-
Dünyanın damı yaşıllaşır: Hər il 7 metr yuxarı qalxır
-
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq
-
Narsisizm irsən keçir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
-
DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var





