Cəmiyyət

Metro nasazlığına görə xəttə əlavə avtobuslar BURAXILDI

21 Aprel 2026 14:24
Baxış: 2 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.