Cəmiyyət

Ürəklə oynamazlar...

14 Avqust 2012 14:20
0 Şərh     Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dilimizdə onun kimi poetik, onun kimi metaforik, onun kimi sinonimyaradıcı söz yoxdur. Ətrafımıza, eləcə özümüzə də münasibəti, dəyər verməni, sevməyi, sevməməyi... onun "boynu"na qoyuruq. Təbii ki, söhbət ÜRƏKdən gedir.

Biz çox vaxt mənəvi-əxlaqi durumumuzu qiymətləndirərkən sonda aparıb onu ürəyə bağlayırıq. Məsələn: cəsur - ürəkli; rəhmdil - ürəyiyumşaq; sərt adam - daş ürəkli; yaxşı adam - ürəyi böyük; qorxaq - ürəksiz; qorxu anı - ürəyi tup-tup etmək; zorla istəməmək -  ürəyə hökm olmaz; ədalətsizliklə, qəfil itki ilə üzləşmək - ürəyə dağ çəkilmə; həyəcandan sonrakı rahatlıq - ürəyə su səpilmə; qorxmaq - ürəyi qopmaq, qılığına girmək - ürəyini almaq, incimək, küsmək - ürəyi sınmaq, məcburi susmaq - sözü ürəyində qalmaq, kövrək adam - ürəyi yuxa və s. və i.a.

Bir sözlə, "ürək" kəlməsi dilimizdən düşmür, ancaq onu yaxşı tanımırıq, ona yaxşı baxmırıq...

- İnsan ürəyi 220-260 q ağırlığındadır.

- Ürək gün ərzində 1200 vedrə qan vurur.

- Ürəyin sağ hissəsi bütün bədən boyu, necə deyərlər, təpədən-dırnağa qədər damarlara qan vurur. Sol hissə isə qanı oksigenlə zənginləşdirmək üçün ağciyərdən keçirir. Odur ki, ürəyin sağ yarısı qalın və güclüdür.

- Yer kürəsində hər 34 saniyədə bir nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişir.

- İzafi çəkinizi 10% aşağı salmaqla siz ürək-damar xəstəliklərinə tutulma riskini 20% aşağı sala bilərsiniz.

- Qadınlar ürək xəstəliyinə kişilərlə müqayisədə orta hesabla 10 il gec tutulurlar.

- Rəqabətə, düşmənçiliyə meylli adamlarda, vaxt darlığında və izafi gərginlikdə yaşayanlarda, özünü aşağı dəyərləndirənlərdə ürək xəstəlikləri riski 17 dəfə artıqdır.

- Pəhriz, xüsusən də meyvə və tərəvəzlərə üstünlük vermək ürək tutması təhlükəsini 1/3 dəfə azaldır.

"Ekspress"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.