"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Milli.Az xəbər verir ki, bu gün Xocavənd şəhəri 64 ailə olmaqla, 253 nəfərə qucaq açıb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib./AZƏRTAC
Milli.Az
______________
Saat - 12:26
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Milli.Az xəbər verir ki, Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 64 ailə, 253 nəfər köçürülüb./Apa
Milli.Az





