Hadisə

Bir icra başçısı işdən çıxardı, digəri yüksək vəzifə VERDİ

31 Mart 2026 12:54
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub. 

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Siyəzənin icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb.

Amma Gülnar İlyasova işsiz qalmayıb. Məlumata görə, o, Nizami Rayon İcra Hakimiyyətində (RİH) işə başlayıb. 

Gülnar İlyasova Nizaminin icra başçısı Coşqun Cəbrayılovun imzaladığı əmrlə Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.