Ucuz ətin şorbası olmadı - "Makler evlərinin fəsadları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər yağan güclü yağışlar Bakı və Bakıətrafı ərazilərdə yerləşən bəzi həyət evlərində ciddi fəsadlar yaradıb.
Əsas ziyan görən tikililər "makler evləri" kimi tanınan normativ tələblərə uyğun inşa olunmayan fərdi yaşayış evləridir. Nəticədə bir çox evlərin həyətləri və zirzəmiləri su altında qalıb, bəzi hallarda isə yaşayış sahələrinə də su dolub.
Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, təbii fəlakətlər zamanı həyət evlərində infrastrukturun düzgün qurulması yaşayış sahələrinin subasmadan qorunmasında mühüm rol oynayır.
"Lakin Bakı və Bakıətrafı ərazilərin əksəriyyətində kanalizasiya sistemi ya ümumiyyətlə mövcud deyil, ya da mövcud olan sistemlər tam gücü ilə fəaliyyət göstərmir. Bu səbəbdən həmin ərazilərdə yağıntılar ciddi problemlərə yol açır. Problemin əsas səbəblərindən biri də subasmaya məruz qalan evlərin tikinti normativlərinə uyğun inşa edilməməsidir. Belə ki, bu tip evlərin çoxu ucuz başa gəlsin deyə kürsüsüz tikilir və nəticədə yaşayış sahəsi birbaşa torpaqla təmasda olur. Bu isə divarlarda kiflənməyə, döşəmələrdə nəmlənməyə səbəb olur, eyni zamanda tikilinin aşınma prosesini sürətləndirir".
V.Oruc qeyd edib ki, hidroizolyasiyası olmayan, əsasən tək daşdan inşa edilən evlər zamanla daha ciddi problemlərlə üzləşir.
"Makler evləri" kimi tanınan bu tip tikililərin inşası Ukrayna-Rusiya müharibəsindən sonra tikinti materiallarının bahalaşması fonunda daha da sürətlənib. Hazırda belə evlər əsasən 1-1,5 sot torpaq sahəsində tikilir və nisbətən ucuz qiymətə təklif olunur. Lakin nəzərə almaq lazımdır ki, tikinti normativlərinə uyğun inşa edilməyən bu evlərdə çox vaxt keyfiyyətsiz materiallardan istifadə olunur və onların istismar müddəti maksimum 30 il olur. Bu da həmin evlərə verilən pula dəymir."
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
XƏBƏR LENTİ
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
-
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)





