Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ

31 Mart 2026 13:34
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət edə bilərlər. 

Xidmət şəbəkəsi tərəfindən sahibkarlara və biznesə başlamaq istəyənlərə aşağıdakı xidmətlər təqdim olunur: 

- regionun iqtisadi potensialı və investisiya imkanları barədə məlumatların təqdim edilməsi;

- sahibkarlıq fəaliyyətinə dəstək verən dövlət alətləri, güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiya təminatı;

- biznesə başlamaq və inkişaf etdirmək üçün peşəkar məsləhət xidməti;

- müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və koordinasiyası üzrə dəstək;

- sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi və digər xidmətlər.

Region üzrə KOBİA-nın xidmət infrastrukturu aşağıdakı şəhər və rayonları əhatə edir: 

- Laçın şəhəri - Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası (Heydər Əliyev küçəsi, giriş 172);

- Zəngilan rayonu, Ağalı kəndi - Dövlət XidmətləriMərkəzi;

- Kəlbəcər şəhəri - DOST Mərkəzinin inzibati binasında xidmət mərkəzi;

- Füzuli şəhəri - Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində xidmət pəncərəsi;

- Şuşa şəhəri - Dövlət Xidmətləri Mərkəzində "Şuşa KOB evi".

Sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından faydalanmağa və biznesin qurulması və inkişafı üçün dövlət dəstəyi mexanizmlərindən aktiv şəkildə istifadə etməyə dəvət edirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.