Tofiq Musayevin növbəti mümkün RƏQİBİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tofiq Musayevin İqnasio Bahamondes üzərində Sietldə keçirilən UFC turnirində qazandığı parlaq qələbədən sonra MMA ictimaiyyətində azərbaycanlı döyüşçünün növbəti rəqibi ilə bağlı müzakirələr başlayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, nüfuzlu "MMA Mania" portalı Musayev üçün növbəti rəqib kimi ABŞ-li Dru Doberi təklif edib.
Qeyd edək ki, bu resurs daha əvvəl də oxşar variantı nəzərdən keçirərək düzgün matçmeykinq(döyüş idmanlarında, xüsusilə UFC kimi promouşenlərdə döyüşçülərin bir-birinə qarşı uyğunlaşdırılması prosesidir - red) zamanı Musayevə Dober kimi zərbə ustalarının verilməsinin daha məntiqli olduğunu vurğulamışdı. Portalın fikrincə, ona Qırğızıstandan olan Mıktıbek Orolbai səviyyəli güləşçilərlə deyil, məhz bu tip rəqiblərlə döyüşmək daha uyğundur. Xatırladaq ki, Musayev 21 iyun 2025-ci ildə Bakıda UFC-də keçirdiyi debüt döyüşündə məhz Orolbaya məğlub olmuşdu.
Bu variantın məntiqi də aydındır. Sietldə Musayev Bahamondesi hakimlərin yekdil qərarı ilə (29-28, 29-27, 30-27) məğlub edib. Görüş "Gecənin döyüşü" seçilib və hər iki idmançı UFC tərəfindən 100 min dollar bonus qazanıb. Bu, azərbaycanlı döyüşçünün açıq və sərt mübadilələrdə xüsusilə təhlükəli olduğunu bir daha təsdiqləyib. Buna görə də açıq şəkildə zərbə döyüşçüsü olan rəqiblə qarşılaşma onun üçün üslub baxımından uyğun görünür.
Dober özü də UFC-nin ən tanınmış və baxımlı yüngül çəkilərindən biridir. 37 yaşlı ABŞ-li uzun illərdir promouşendə çıxış edir və divizionun ən ağır və təhlükəli zərbələr vuran döyüşçülərdən biri sayılır. Onun son döyüşü 7 mart 2026-cı ildə Las-Veqasda keçirilən UFC 326 turnirində baş tutub və o, Maykl Consonu ikinci raundda nokaut edərək "Gecənin performansı" bonusunu qazanıb. ESPN-in məlumatına görə, Doberin rekordu 29 qələbə və 15 məğlubiyyətdir.
Beləliklə, Musayev - Dober potensial qarşılaşması ehtiyatlı üslubdan uzaq, aqressiv və baxımlı döyüşlər keçirməyi bacaran iki yüngül çəkinin dueli kimi qiymətləndirilə bilər.
Əlavə edək ki, Bahamondeslə döyüşdən sonra Musayev qarşılaşma zamanı əlini sındırdığını bildirib. Buna baxmayaraq, o, tezliklə sağalaraq bu il iyunun 27-nə planlaşdırılan Bakıda keçiriləcək UFC turnirində oktaqona qayıtmağa ümid etdiyini deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Sahil Babayevə yeni müavin təyin edildi - dosye
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)





