Cəmiyyət

Demokrat.az 8 yaşını qeyd edir

11 Mart 2026 09:06
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az xəbər portalının 8 yaşı tamam olur.

Milli.Az xəbər verir ki, azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub. 

Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin - "Demokrat Media" şirkətinin tərkibində fəaliyyət göstərir. 

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan portal toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran portalın artıq öz auditoriyası formalaşıb. 

Demokrat.az Media Reyestrindən keçən ilk internet resurslarındandır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərindəndir.

Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.

Bizim üçün əlamətdar gündə bütün izləyicilərimizi və onlar üçün gecə-gündüz əzmlə çalışan sevimli kollektivimizi təbrik edirik!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.