Qədr gecəsində bu dualar edilir – Mətn
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecə üçüncü Qədr gecəsidir.
Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir. Artıq 2 gecəni geridə qoymuşuq.
Milli.Az axar.az-a istinadən gecəsində ediləcək əməlləri, dua və zikrləri təqdim edir:
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir. Mələklər və mələklərin ən əzəmətlisi olan ruh bu gecə Allahın izni ilə yerə enərlər və İmam Mehdinin (əc) hüzuruna yetişərlər və hər şəxs üçün təyin edilmiş müqəddəratı ona təqdim edərlər.
Qədr gecələrinin əməlləri iki qismə bölünür:
1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.
2. Qədr gecələrinin hər birinə məxsus olan əməllər.
Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:
1-ci: Qüsl almaq.
Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.
2-ci: İki rükət "Qədr gecəsi" namazı qılmaq.
Bu namazın qılınma qaydası belədir: Hər rükətdə "Həmd" surəsindən sonra yeddi dəfə "İxlas" surəsi (birinci rükətdə "Qədr" surəsini də oxuya bilərsiniz) oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilsin, yəni, "Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!" Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: "Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar..."
3-cü: Quranı açıb qarşıya qoymaq və bu duanı oxumaq:
"Əllahummə inni əs'əlukə bikitabikəl-munzəli və ma fih və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc'ələni min 'utəqaikə minən-nar".
Duanın tərcüməsi:
"İlahi, səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən."
Bu duadan sonra istədiyi duanı etsin.
4-cü: Quranı götürmək, başa tutmaq və bu duaları demək:
"Əlllahummə bihəqqi hazəl-qur'an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih və bihəqqikə ələyhim, fəla əhədə ə'rəfu bihəqqikə mink".
Duanın tərcüməsi:
"İlahi, (Səni and verirəm bu) Quranın haqqına və and verirəm o şəxsin haqqına ki, bu Quranı ona göndərmisən və o möminlərə and verirəm ki, onları bu Quranda tərifləmisən və sənin onlar üzərində olan haqqına and verirəm və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur".
Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:
1. Bikə ya əllahu.
2. Bi-muhəmmədin.
3. Bi-əliyyin.
4. Bi-fatimətə.
5. Bil-həsəni.
6. Bil-husəyni.
7. Bi-əliyy-ibnil-husəyni.
8. Bi-muhəmməd-ibni-əliyyin.
9. Bi-cə'fər-ibni-muhəmmədin.
10. Bi-musəbni-cə'fərin.
11. Bi-əliyy-ibni-musa.
12. Bi-muhəmməd-ibni-əliyyin.
13. Bi-əliyy-ibni-muhəmmədin.
14. Bil-həsən-ibni-əliyyin.
15. Bil-huccəti.
Zikrlərin tərcüməsi:
1. İlahi, Səni Öz zatına and verirəm!
2. İlahi, Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!
3. İlahi, Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!
4. İlahi, Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!
5. İlahi, Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!
6. İlahi, Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!
7. İlahi, Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!
8. İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!
9. İlahi, Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!
10. İlahi, Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!
11. İlahi, Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!
12. İlahi. Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!
13. İlahi, Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!
14. İlahi, Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!
15. İlahi, Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!
Sonra Allahdan hacətlərini istəyin.
5-ci: İmam Hüseyni (ə) ziyarət etmək.
Belə bir rəvayət var: Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər: "Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı".
6-cı: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).
Hədisdə var ki, kim Qədr gecəsini əhya saxlasa, onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.
7-ci: Yüz rükət namaz (əlli dəfə iki rükətli namaz) qılmaq.
Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "İxlas" surəsi oxunsun.
8-ci: Bu duanı oxumaq:
"Əllahummə inni əmsəytu ləkə 'əbdən daxira, la əmliku linəfsi nəf'ən və la zərra, və la əsrifu 'ənha su'a, əşhədu bizalikə 'əla nəfsi, və ə'tərifu ləkə biz'əfi quvvəti, və qilləti hiləti, fəsəlli 'əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və'ədtəni, və cəmi'l-mu'mininə vəl-mu'minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni 'əbdukəl-miskinul-mustəkinuz-zə'iful-fəqirul-məhin, əllahummə la təc'əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə'təytəni, və la ayisən min icabətikə, və-in əbtə'ət 'ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa'in əv 'afiyətin əv bəla'in əv bu'sin əv nə'ma'ə, innəkə səmi'ud-du'ai".
Duanın tərcüməsi:
"İlahi, bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyini və çarəmin azlığını etiraf edirəm. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi, məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər ehtiyacda olum, istərsə də nemətdə. Həqiqətən Sən duaları eşidənsən!"
(Bu əməllər "Məfatih əl-cinan" kitabından götürülüb).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
XƏBƏR LENTİ
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov





