Cəmiyyət

"İdrak"da təhsil haqqı illik 16 min manat imiş - Pul hələ keyfiyyət deyil

6 Fevral 2026 15:50
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bahalı təhsil uzun illərdir ki, valideynlərin gözündə keyfiyyət, intizam və ən əsası təhlükəsizlik anlayışları ilə eyniləşdirilir. Xüsusilə də övladlarının daha yaxşı mühitdə oxuması üçün illik on minlərlə manat vəsait ödəyən valideynlər məktəb daxilində ciddi nəzarət, mühafizə və risklərin minimuma endirilməsini gözləyirlər. Özəl liseylərə üstünlük verilməsinin əsas səbəblərindən biri də məhz bu təhlükəsizlik amilidir.

Milli.Az xəbər verir ki, "İdrak" liseyində baş verən bugünki silahlı insident bu düşüncələri ciddi şəkildə sual altına alıb. Hadisə göstərdi ki, yüksək təhsil haqqı hər zaman yüksək təhsil və təhlükəsiz mühit demək deyil. Maraqlıdır ki, dövlət məktəblərində təhsil tamamilə pulsuz olsa da, bu cür ağır insidentlər adətən məktəb daxilində deyil, daha çox məktəbdən kənar ərazilərdə baş verir. Buna baxmayaraq, bir çox valideynlər dövlət məktəblərini müxtəlif səbəblərdən bəyənmir, övladlarını özəl təhsil müəssisələrinə yönləndirirlər.

Son hadisə isə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Yüksək məbləğdə ödəniş edilən məktəblərdə təhlükəsizlik mexanizmləri nə dərəcədə effektivdir və valideynlərin ödədiyi bu vəsait əslində hansı təminatları əhatə edir?

Görünən odur ki, bahalı təhsil hər zaman risklərdən sığortalanmış mühit anlamına gəlmir. Bahalı təhsil demişkən hadisənin törədildiyi "İdrak" liseyində təhsil haqqı illik haqq 10.000-16 500 manatdır. 

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.