Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.
Bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
Sədr qeyd edib ki, həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var:
"Hazırda Azərbaycanda 4642 şəxs dialezdədir. Onların da donor ola biləcək insanlara ehtiyacı var".
Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda ürək transplantasiyası həyata keçirilib. Əməliyyat olunan şəxs özünü yaxşı hiss etdiyini deyir.
Bəs maraqlıdır ki, Azərbaycanda transplantasiya qaydaları necədir? Bu proses ödənişli həyata keçirilir?
Həkim Adil Qeybulla Day.Az-a açıqlamasında deyib ki, orqan nəqli məsələsi dünyanın heç bir ölkəsində ödənişli əsaslarla həyata keçirilmir.
"Çünki bu proses adətən sığorta sistemi çərçivəsində aparılır və xərclər sığorta tərəfindən qarşılanır. Azərbaycanda da həmçinin. Orqan mənbəyi kimi dünyanın hər yerində əsasən beyin ölümü keçirmiş, sağlam və əksər hallarda gənc şəxslərdən istifadə olunur. Bu şəxslər adətən yol-nəqliyyat hadisələri və ya ağır travmalar nəticəsində vəfat etmiş olurlar və onların orqanları xüsusi siyahılar əsasında, şəffaf şəkildə, ehtiyacı olan xəstələrə köçürülür."
Həkim bildirib ki, alternativ olaraq, orqan yalnız könüllü şəkildə bağışlana bilər.
"Azərbaycanda əvvəllər bu proses Etika Komissiyası tərəfindən ciddi şəkildə yoxlanılır və yalnız müvafiq icazə verildikdən sonra həyata keçirilirdi. Bunun əsas səbəbi isə bəzən orqan nəqlinin arxasında kriminal maraqların, təzyiq və təhdidlərin dayana bilmə ehtimalıdır. Məhz buna görə bu sahə ciddi nəzarət altında saxlanılır."
Adil Qeybullanın sözlərinə görə, hazırda donor bankları mövcud olmadığı üçün orqan donorları əsasən valideynlər, yaxın qohumlar və ailə üzvləri ola bilərlər.
"Üçüncü şəxslərin donor olması yolverilməzdir və donorun mənşəyi mütləq şəkildə dəqiqləşdirilməlidir. Bu məqsədlə Etika Komissiyası fəaliyyət göstərir və xüsusi psixoloji testlər, araşdırma üsulları vasitəsilə donorla resipiyent arasında münasibətlərin səmimiliyi yoxlanılır. Yalnız bu şərtlər ödənildikdən sonra orqan götürülməsinə icazə verilir. Qeyd etmək lazımdır ki, orqan alqı-satqısı qəti şəkildə mümkün deyil və bu proses nə pulla, nə də ödənişli formada həyata keçirilə bilməz. Xəstələrin əməliyyat xərcləri isə adətən icbari tibbi sığorta tərəfindən qarşılanır."
DİGƏR XƏBƏRLƏR
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Nadir İsmayılov vəfat etdi
XƏBƏR LENTİ
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas





