Həftəsonu yollarda tələskənlik, diqqətsizlik... – Sürücülərə XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur.
Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ölünü də, gəlini də eyni qayıqla aparırlar" - VİDEO
-
Günün qoroskopu: həyat sizi ən doğru istiqamətə aparacaq
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
XƏBƏR LENTİ
-
"Ölünü də, gəlini də eyni qayıqla aparırlar" - VİDEO
-
““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
-
Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset
-
“Şamaxı”da iki oyunum qalıb” - Ayxan Abbasov
-
Günün qoroskopu: həyat sizi ən doğru istiqamətə aparacaq
-
Tramp İrandan sonra yeni hədəfini açıqladı
-
Ukrayna Belqoroda zərbə endirdi: yaralılar var
-
Vəzifəli şəxs vəfat etdi - FOTO
-
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır:
-
Qırmızı ətə ən çox yaraşan şirin souslar
-
“Sadəcə içəri girib onu götürmək lazımdır” - Netanyahu
-
Tramp: İranın zənginləşdirilmiş uranını istədiyimiz vaxt əldə edəcəyik
-
4 serial birdən finala gedir
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi





