Türk qızılı niyə bahalaşır? – Qiymət artımının səbəbləri AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə Azərbaycanda türk qızılının qiymətində müşahidə olunan artım bir neçə əsas amillə bağlıdır.
Məsələ ilə bağlı, Milli.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bahalaşmanın başlıca səbəbi dünya bazarında qızılın qiymətinin yüksəlməsidir:
"Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya qorxuları və geosiyasi gərginliklər investorları daha etibarlı vasitə hesab edilən qızıla yönəldir. Bu da beynəlxalq bazarda qızılın qiymətinin kəskin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, digər mühüm amil Türkiyə lirəsinin dəyər itirməsidir. Qızılın dollarla qiymətləndirildiyini xatırladan A.Nəsirli vurğulayıb ki, lirə zəiflədikcə Türkiyədə qızılın qiyməti daha sürətlə artır və bu, Azərbaycana idxal olunan türk qızılının da bahalaşmasına gətirib çıxarır:
"Bundan əlavə, həm Türkiyədə, həm də region ölkələrində fiziki qızıla tələbatın artması qiymətlər üzərində əlavə təzyiq yaradır".
Akif Nəsirli qeyd edib ki, bahalaşmanın davam edib-etməyəcəyinə əsasən dünya bazarındakı vəziyyətdən asılı olacaq:
"Əgər qlobal risklər, inflyasiya və valyuta problemləri davam edərsə, qızılın qiyməti yüksək səviyyədə qala və hətta müəyyən qədər arta bilər. Lakin qısa müddətdə bazarda enişlər və dalğalanmaların olması da mümkündür".
Ekspertin fikrincə, qiymətlərin davamlı şəkildə artacağını qəti söyləmək çətin olsa da, yaxın dövrdə kəskin ucuzlaşma ehtimalı yüksək görünmür.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Sakinlərlə tikinti şirkəti arasında növbəti narazılıq - “Bizə əvvəlcədən məlumat verilmədi”
-
19 aprel keçirilən imtahanların nəticələri elan EDİLDİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Hava kəskin DƏYİŞİR - Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Bu kənd qazsız QALIB
XƏBƏR LENTİ
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Sakinlərlə tikinti şirkəti arasında növbəti narazılıq - “Bizə əvvəlcədən məlumat verilmədi”
-
19 aprel keçirilən imtahanların nəticələri elan EDİLDİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Hava kəskin DƏYİŞİR - Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO
-
İran: “Geri addım atmayacağıq”
-
Bu kənd qazsız QALIB
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
-
Prezident İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir
-
Konsertdə evlilik təklifi edən gənc BİABIR OLDU - VİDEO
-
MMA döyüşçüsü uşaqları xilas edərkən həlak oldu
-
Əhaliyə ŞAD XƏBƏR - 3 gün sonra giriş pulsuz olacaq
-
Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olundu - YENİLƏNİB
-
Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?
-
Qanunsuz balıq ovlayanlara qarşı REYD: Onlarla şəxs cəzalandırıldı
-
Mbappe: "Məni 4-cü hücumçu kimi GÖRÜR"
-
Bu ölkədə təhlükəli virus yayılır
-
Gənclər niyə evlənmək istəmir? - Səbəb maraqlıdır
-
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - FOTO
-
Aygün Kazımova: "Allah məni sevənlərimə qaytardı, 2-ci həyatımı yaşayıram”





