Qripə görə peyvəndlər gətirilib - Təyyar Eyvazov vətəndaşlara çağrış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemioloji fəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip də daxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artım müşahidə olunur. Kəskin respirator virusların yayılması ilə yanaşı qeyd etmək lazımdır ki, dekabr-fevral ayları məhz fəsli qripin pik dövrü hesab olunur".
Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib:
"Bu infeksiyaların yayılmasını nisbətən azaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruri profilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdə aparılır: spesifik və qeyri-spesifik tədbirlər.
Nəzərə almaq lazımdır ki, qrip infeksiyası digər respirator viruslarla müqayisədə bəzi hallarda xüsusən risk qruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəb ola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onun geniş yayılması başlamazdan əvvəl start verilir.
Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv və təhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərən tibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiq olunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarının peyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etmək məqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadə olunmaqla geniş maarifləndirmə işləri aparılır.
Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallarda əlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplarda infeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rast gəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhz risk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onların yoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir.
Qrip vaksini vurulduqdan sonra virusa qarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələb olunur. Buna görə də peyvəndləmə üçün əsasən sentyabr-oktyabr ayları daha münasibdir. Bununla yanaşı, bütün epidemioloji mövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırda bu proses ölkə üzrə davam etdirilir.
İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlər hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır. Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunması daxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxın təmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək, qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtında aşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnu salfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərə toxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyə sabunla yumaq bu tədbirlər sırasındadır.
Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhali tərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirmə işlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakin effektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddi yanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti və tövsiyələrə əməl etməsi həlledici rol oynayır.
Qeyd olunan tədbirlərə riayət etməklə qrip, digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq mümkündür və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
XƏBƏR LENTİ
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
Hacıqabulda ağır yol qəzası: Bir nəfər ölüb
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?
-
Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb
-
Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı
-
Neft qiymətləri yenidən ucuzlaşdı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
-
Təbii qazın qiyməti artdı
-
Avqustda pul cəlb edəcək bürclər
-
Küçələrə xüsusi boya çəkildi: Temperatur 10 dərəcə düşdü
-
Amerikada 152 milyard dollarlıq nəhəng xəzinə tapıldı
-
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
-
Manqalda ətin yapışmaması üçün sadə üsul
-
Uşaqların ən sevimli səhər yeməyi: Kakaolu Pankek
-
Ürək tutmasının qarşısını alan şirə elan olundu
-
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
-
Sadə qatığı xüsusi desertə çevirən sirr
-
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
-
7 gün bunu etsəniz iltihabdan xilas olacaqsınız





