Cəmiyyət

Niyə maaş ayın axırına çatmır? - Fərqində olmadan edilən səhvlər

5 Yanvar 2026 19:00
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan maaşının hara getdiyini anlamadan ayı başa vurur. Gəlir artsa da, pul ayın ortasında tükənir.

Milli.Az-ın məlumatına görə, bunun səbəbi böyük xərclərdən çox, gündəlik vərdişlərdir.

Fərqində olmadan maaşı bitirən səbəblər bunlardır:

Plansız alış-veriş: Marketə siyahısız getmək maaşı ən tez bitirən vərdişlərdəndir. "Gördüm, xoşuma gəldi, aldım" prinsipi ilə edilən alışlar ayın sonunda ciddi maliyyə itkisinə səbəb olur. Mütəxəssislər marketə mütləq əvvəlcədən hazırlanmış siyahı ilə getməyi tövsiyə edirlər.

Xırda xərcləri ciddiyə almamaq: Gündə 1, 3 və ya 5 manatlıq xərclər gözdə kiçik görünür. Lakin ayın sonunda bu xırda məbləğlər maaşın yarısına qədər yüksələ bilir. Ən təhlükəli məqam isə bu xərclərin adətən qeydə alınmamasıdır.

Taksini vərdişə çevirmək: Qısa məsafələr üçün belə taksidən istifadə edənlər ay sonunda ən böyük xərclərdən birinin məhz nəqliyyat olduğunu görür. Xərclər yazıldıqda isə məlum olur ki, taksiyə ayrılan pul ciddi məbləğ təşkil edir.

Status üçün pul xərcləmək: Bəzi insanlar başqalarının gözündə daha yaxşı görünmək üçün bahalı telefonlar, brend geyimlər və lazımsız aksesuarlar alır. "Kiminsə yanında yaxşı görsənim" düşüncəsi ilə edilən bu xərclər maliyyə balansını pozur.

Saxta endirimlərə aldanmaq: Endirim adı ilə təqdim olunan, əslində isə ehtiyac olmayan məhsullar maaşı səssiz şəkildə azaldır. İnsan pul xərcləməməli olduğu halda "endirim var" düşüncəsi ilə alış edir və bu da ümumi büdcəyə ciddi təsir göstərir.

Maliyyə mütəxəssisləri bildirir ki, bu beş vərdiş fərqində olmadan maaşı azaldır. Xərcləri yazmaq, alış-verişi planlamaq və emosional qərarlardan uzaq durmaq isə maaşı qorumağın əsas yoludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.