Cəmiyyət

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

27 Dekabr 2025 09:34
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək rayon mərkəzində və ona yaxın bəzi məntəqələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.