Azərbaycanda "Okay" sözü işlədənlər 500 manat cərimələnə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dil qaydalarının pozulması ilə bağlı cərimələr tətbiq ediləcək.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda bildirib.
"Prezident AMEA-dakı çıxışında konkret məsələyə toxunmuşdu. Bu, xüsusilə dilimizdə, mediamızda əcnəbi sözlərin artıq dərəcədə istifadə oluması idi. Audivizual Şura bu istiqamətdə bir neçə praktiki addımlar atıb. Onlar barədə məlumatlar vermək istəyirəm. Bu günə qədər Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərdən istifadənin qarşısını demək olar ki, tam alıb. Çox nadir hallarda əcnəbi sözlərin reklam çarxında istifadə olunmasını müşahidə edə bilərsiniz. Bu addım ona görə atıldı ki, verilişlərdən fərqli olaraq reklam çarxlarını insanlar təkrar-təkrar görür.
Verilişlərə gəldikdə isə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün TV və radio məkanında təxminən 800 saata qədər məhsul efirə verilir. Prezidentin çıxışından sonra biz bu məsələni yenidən qaldırdıq. Biz bu sözləri tapşırıq kimi qəbul etmişik. Belə bir fikrə gəldik ki, süni intellektdən istifadə edək. Hazırda bir şirkətlə danışdıq, xüsusi bir soft hazırlandı. Hazırda test rejmində işləyir. 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Həmin softla noyabrın ilk 2 həftəsi ərzində TV-ləri monitorinq etdik. Aparıcılar tərəfindən haradasa 3 min dəfəyə yaxın sözlər istifadə olunmuşdu. Məsələn, "okay" sözü 104 dəfə işlənmişdi. Belə sözlər kifayət qədər çoxdur. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir. Biz istəmərik ki, mediamızı cərimə edək, çünki maddi baxımdan vəziyyət çətindir. Lakin etməliyik, başqa çıxış yolu yoxdur" - Şura sədri bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Xalq artisti Zaur Rzayev vəfat edib
XƏBƏR LENTİ
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)





