Yasamalda qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən "Yasamal" bazarına və metronun "İnşaatçılar" stansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçiriblər.
Milli.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır.
Metronun "İnşaatçılar" stansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur.
Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edib. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
XƏBƏR LENTİ
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir
-
Siqareti tərgidənlərin NƏZƏRİNƏ - Ekspertdən tövsiyələr
-
Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik yatış NƏ QƏDƏRDİR?
-
Baş Prokurorluq xarici vətəndaşlarla bağlı işi məhkəməyə göndərdi
-
Londonda ölən 34 yaşlı Natəvan kim idi? - FOTO
-
"Roza, Nigar Camal və Natavan məndən GÖZƏLDİR"





