Evini girov qoyanlar DİQQƏT: Əmlak məhkəməsiz əlinizdən alına bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər kredit borclarını ödəməkdə çətinlik çəkən vətəndaşların sayı artdıqca, bankların və kredit təşkilatlarının tətbiq etdiyi mexanizmlər də daha çox müzakirə olunur. Xüsusilə, borcun ödənilməməsi halında girovda olan əmlakın məhkəməyə getmədən əlindən alınması bir çox insan üçün gözlənilməz və narahatlıq doğuran prosesə çevrilir.
Milli.Az xəbər verir ki,məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, əgər borcunuzu vaxtında ödəyə bilmirsinizsə, banka girov qoyduğunuz əmlak məhkəmə qərarı olmadan da əlinizdən çıxa bilər. Borc gecikdiyi halda kreditor notariusa müraciət etməklə icra qeydi ala və onu icra məmuruna təqdim edib prosesi sürətləndirə bilər.
Ekspert bildirir ki, banklar və kredit təşkilatları "İcra haqqında" Qanunun onlara verdiyi bu imkandan çox vaxt sui-istifadə edirlər. Notarius isə icra qeydi yalnız təqdim edilən sənədlərin borcun mübahisəsiz olduğunu təsdiqlədiyi hallarda aparılmalıdır:
"Qanuna əsasən, kreditor icra qeydi üçün notariata müraciət etməzdən ən azı 20 gün əvvəl borcluya sifarişli məktubla xəbərdarlıq göndərməlidir. Bildirişdə qeyd olunmalıdır ki, tələb yerinə yetirilməzsə, icra qeydi veriləcək. Əgər borclu bu müddət ərzində etiraz etmirsə, kreditor notariusa müraciət edir və icra qeydi alındıqdan sonra icra məmuru prosesi icra etməyə başlayır".
Qeyd edək ki, əgər borclu icra qeydi barədə bildiriş aldıqdan sonra bununla razılaşmırsa, o, qarşı tərəfi məhkəməyə verərək qərardan şikayət edə bilər.
Asya Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər





