Cəmiyyət

Günel Bəhramqızına yeni vəzifə verildi

12 Noyabr 2025 12:09
Baxış: 616
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

Milli.Az xəbər verir ki, Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

"Peşəkarlıq və məsuliyyət bundan sonra da əsas iş prinsipim olaraq qalacaq. Media və ictimaiyyətlə açıq, çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaq üçün çalışacağam.Dəstəyiniz və xoş arzularınız üçün hər birinizə təşəkkür edirəm" - deyə Günel Bəhramqızı etiraf edib.

Xatırladaq ki, Günel Bəhramqızı öncədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısıdır.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.