Quzu əti daha da bahalaşacaq - 40 manat və daha yüksək...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanda quzu əti kəskin bahalaşıb.
Milli.Az-ın məlumatına görə, əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur.
Bəs, bu bahalaşmanın səbəbi nədir? Yaxın günlərdə daha da bahalaşa bilərmi?
Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Milli.Az-a açıqlamasında bildirib ki, hələ Milli Məclisdə quzu ətinin kəsiminə qadağa qoyulması təklif ediləndə proqnozlaşdırılırdı ki, yaxın aylarda quzu ətinin qiyməti kəskin artacaq.
Ekspertin sözlərinə görə, əgər qadağa olarsa, bu, bir çox sahibkarlara əlavə xərclər yaradar:
"Bu qadağanın tətbiqi bir çox sahibkarların fəaliyyətinə əlavə xərclər gətirəcək. Belə vəziyyətlərdə sahibkarlar, xüsusən də heyvan kəsimi ilə məşğul olanlar, nəzarət orqanlarına müxtəlif formalarda ödənişlər etməyə məcbur olacaqlar. Bu səbəbdən quzu ətinin qiymətinin artmı gözləniləndir".
Vahid Məhərrəmov əlavə edib ki, qiymət artımını sürətləndirən digər əsas amil son aylarda heyvanlar arasında geniş yayılmış dabaq xəstəliyidir:
"Dabaq xəstəliyi nəticəsində on minlərlə heyvan tələf olub, bir çoxu isə bala salıb. Nəticədə heyvanların ümumi sayı azalıb və bu, bazarda ət təklifini məhdudlaşdırıb. Biz yaxın zamanlarda quzuların sayının azaldığını görəcəyik. Yəni biz bundan sonrada quzu ətinin qiymətində kəskin artım gözləyirik".
Ekspert hesab edir ki, Yeni il ərəfəsində quzu ətinin qiyməti 40 manata qədər arta bilər. Bildirib ki, sonrakı mərhələlərdə də daha yüksək qiymət təklif olunacaq:
"Hazırda Monqolustan və digər ölkələrdən gətirilən ət quzu deyil, əsasən qoç ətidir. Onun kiloqramı təxminən 22-23 manata satılır. Lakin yerli quzu ətinin qiyməti daha yüksəkdir".
Həmsöhbətimiz quzu ətinə tələbatın yüksək olaraq qalacağını düşünür:
"Xüsusilə imkanlı şəxslər və sahibkarlar bu əti həm özləri, həm də yaxınları üçün alırlar. Tələb yüksək, təklif azdırsa, bu, qiymət artımının davam edəcəyini göstərir".
Mina Mikayılova
Milli.az
DİGƏR XƏBƏRLƏR
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
XƏBƏR LENTİ
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı
-
Mehdiabadda sakinlərin şikayəti nəticəsiz qalıb





