Yağışlı havada özümüzü niyə üzgün hiss edirik? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir çox insanın əhval-ruhiyyəsinə mənfi təsir edib. İnsanların bəziləri özlərini daha halsız, ruhsuz və kefsiz hiss etdiklərini bildirirlər.
Bəs bu halın səbəbi nədir?
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, yağışlı və günəşsiz havalarda insan beynindəki bəzi bioloji mexanizmlər dəyişir.
Günəş işığının azalması serotonin hormonunun, yəni "xoşbəxtlik hormonu"nun səviyyəsini aşağı salır. Bu da insanların əhvalına birbaşa təsir edir.
Günəş işığı beyində əhval-ruhiyyəni tənzimləyən hormonların fəaliyyətini stimullaşdırır. Yağışlı havalarda isə bu proses zəifləyir, nəticədə insan özünü daha yorğun və enerjisiz hiss edir.
Eyni zamanda, hava buludlu olduqda melatonin hormonunun, yəni yuxululuq və rahatlıq hissi yaradan maddənin ifrazı artır. Bu səbəbdən yağışlı günlərdə insan daha çox yatmaq istəyir, motivasiyası azalır.
Həkim-nevroloq Elçin Qasımov isə atmosfer təzyiqinin dəyişməsi ilə bağlı bədən reaksiyalarına diqqət çəkir:
"Belə havalarda bəzi insanlarda baş ağrısı, əzələ ağrıları və ümumi narahatlıq müşahidə olunur. Bu da həm fiziki, həm də psixoloji diskomfort yarada bilər".
Sosioloqlar isə qeyd edirlər ki, insanlar yağışlı günlərdə daha az sosial fəaliyyət göstərir, evdə qalmağa üstünlük verirlər. Bu da passivliyə və bəzən depressiv əhvalın yaranmasına gətirib çıxara bilər.
Mütəxəssislər belə halların qarşısını almaq mümkün olduqca açıq havada vaxt keçirmək, fiziki aktivliyi azaltmamaq, ev şəraitində işıqlı mühit yaratmaq və sosial ünsiyyəti qorumaq tövsiyə edirlər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?





