Boşanmadan da aliment almaq olar - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ailə mübahisəsi zamanı ən çox zərərçəkənlər uşaqlardır.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar ayrılmağa qərar versələr belə hər iki tərəf yetkinlik yaşına çatanadək uşaqlarını saxlamağa borcludurlar.
Bəs boşanmadan da aliment almaq hansı hallarda mümkündür?
Məsələ ilə bağlı Milli.Az-a hüquqşünas Esmira Rzayeva açıqlama verib:
"Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 75-ci maddəsində ailə üzvlərinin aliment öhdəlikləri öz əksini tapıb. Qanuna görə, nikah pozulduqda uşaqlar hansı valideynlə qalırsa, digər valideyn həmin uşağın təlim-tərbiyəsi, gündəlik yaşayışını qarşılamaq üçün aliment ödəməlidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Alimentin miqdarı hər ay üçün məhkəmə tərəfindən müəyyən şərtlər nəzərə alınmaqla müəyyən edilir.
76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər".
Qeyd edək ki, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ da Ailə Məsəlləsində öz əksini tapıb. Lakin nikah pozulmadan da aliment ödəmək mümkündür.
Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması yəni arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Aliment tələb edən şəxs mediasiya müraciət etməlidir. Mediasiyadan aldıqları arayışla məhkəməyə verə bilərlər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək
-
BMU-nun tələbəsi vəfat etdi
-
Gültac Əlili: "Ayda 1200 manat "parkovka"ya pul verirəm"
-
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu - (Anbaan video)
-
Qadına əmlakını qorumağı vəd etdi, mənzilini və avtomobilini ələ keçirdi - MƏHKƏMƏ
-
Xalq artisti: “Onlar danışan tualet kağızıdırlar”
-
Əmək qabiliyyətini müvəqqəti itirənlərə şad xəbər - Verilən pul artırılır
-
Bakıda 16 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
İran ordusunun zabiti öldürüldü
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
-
Qızıl bahalaşdı
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
-
Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır
-
Hörmüz boğazında 4 tanker minaya düşdü
-
Abşeron Ticarət Mərkəzinin qarşısında faciəvi hadisə





