Cəmiyyət

Tanınmış qurumun "TikTok"u oğurlandı, 500 manat istəyirlər

10 Aprel 2025 12:32
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarında "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəsmi "TikTok" hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb.

Milli.Az xəbər verir ki, hesabın ələ keçirilməsindən bir neçə saat sonra bir naməlum şəxs tərəfindən sığınacağın qaynar xətt nömrəsinə məktub daxil olub. Məktubda "Səhifə məndədir, 500 manat göndər, sənə geri qaytarım" kimi bir təklif irəli sürülüb.

Ödənişin həyata keçirilməsi üçün kart hesabı soruşulduqda Mehmet Kaya adlı şəxsə məxsus kart hesabı təqdim edilib.

Məsələ ilə bağlı DİN araşdırmaya başlayıb.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.