Yeni il gecəsi bunları EDİN, arzunuz 100 faiz GERÇƏKLƏŞSİN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni il gecəsi arzuların gerçəkləşəcəyinə inam bir çox insan üçün xüsusi məna daşıyır. Hesab edilir ki, bu gecə düzgün şəkildə dilənən arzular qarşıdakı il ərzində reallaşa bilər. Ancaq təkcə arzu demək kifayət etmir, bəzi inanclara görə bunun özünəməxsus qaydaları var.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Yeni il arzularını diləməyin maraqlı üsullarından biri üzüm ritualıdır. Bunun üçün 12 ədəd üzüm giləsi götürülür, imkan daxilində ağ üzüm seçilir. Saatın gecə yarısı vurduğu ilk zəngdən son zəngə qədər hər gilə yeyilir və hər biri üçün ayrıca arzu tutulur. Arzular gündəlik və sadə ola bilər - məsələn, yaxın bir insanın diqqəti və ya işdə uğur qazanmaq kimi.
Arzu tutmağın digər məşhur yolu kağız vasitəsilə həyata keçirilir. Arzu kağıza yazıldıqdan sonra yandırılır və alınan kül bir qədəhə tökülür. Gecə yarısı həmin kül alkoqolsuz içki, şirə və ya şampanla qarışdırılaraq içilir. İnanclara görə, güclü spirtli içkilərdən istifadə etmək düzgün sayılmır. Çünki bu cür içkilərin arzular üçün deyil, başqa məqsədlər üçün istifadə edildiyi düşünülür. Arzunun saf və müsbət enerji ilə reallaşması üçün şirə və ya su seçmək daha məqsədəuyğun hesab olunur.
Mütəxəssislər və inanclara görə, arzu tutarkən bəzi məqamlara diqqət etmək vacibdir. Arzu səmimi olmalı, başqa insanların həyatına birbaşa təsir etməməlidir. Xüsusilə konkret bir insanla evlənmək kimi arzular tövsiyə edilmir. Bunun səbəbi isə həmin şəxsin iradəsinə müdaxilə etmə ehtimalıdır. İnanca görə, arzu yalnız arzulayan şəxsin özü ilə bağlı olduqda müsbət nəticə verə bilər.
Yeni il gecəsi dilənən arzuların gerçəkləşməsi üçün əsas şərtin pozitiv niyyət, səmimiyyət və doğru seçimlər olduğu vurğulanır. Bu baxımdan, yeni ilə ümid və yaxşı düşüncələrlə daxil olmaq ən önəmli amil hesab edilir.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)
-
Tanınmış xanəndənin oğlundan aparıcını təəccübləndirən cavab - (Video)
-
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
XƏBƏR LENTİ
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)
-
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
-
Daha bir sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırıldı
-
Bu şəxslərə 1000 manatadək pul veriləcək - Qərar
-
Pensiya alanlara şad xəbər - Bu gün...
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
-
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
-
Bakıda səkkiz aylıq hamilə qadın öldü
-
Türkiyədə məşhur telekanala polis basqını - 4 nəfər saxlanıldı
-
Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)
-
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib - (Foto)
-
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı - (Video)
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib
-
Siqaret bahalaşacaq - Bu tarixdən
-
Tanınmış xanəndənin oğlundan aparıcını təəccübləndirən cavab - (Video)
-
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var
-
Monqolustan Prezidenti istefa verdi





