Kişilər buna görə boşanmaq istəmir – Onların ən böyük qorxusu üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər münasibətlərdə maraqlı bir tendensiya müşahidə olunur: qadın ayrılmaq istədiyi halda, kişi bunu qəbul etməyə tələsmir. Aralarında emosional bağ zəifləsə də, kişi ailənin dağılmasına qarşı çıxır. Qadın isə illərlə dəyişməyən vəziyyətdən yorularaq çıxış yolu axtarır. Bu fərqli yanaşmaların kökündə sosial rollar, psixoloji ehtiyaclar və cəmiyyətin gözləntiləri dayanır.
Bəs insanlar tükənmiş münasibətləri qorumağa məcburdurmu?
Milli.Az xəbər verir ki, psixiatr Azər Bağırov bu barədə yenisabah.az-a danışıb. O, bildirib ki, belə hallara cütlük terapiyalarında çox rast gəlinir:
"Qadının boşanmaq istədiyi vəziyyətlərdə kişilərdə bu əksinə olur. Halbuki arada isti münasibət yoxdur, buna baxmayaraq kişi boşanmaq istəmir. Qadın isə qarşı tərəfin düzəlməyəcəyini hiss edir çarəsizlikdən boşanmağa üz tutur. Burada fərqli faktorlar var. Kişilər üçün qadınlara qoyulan qədər məsuliyyət yoxdur. Tutaq ki, kişi ailədə bir çətinlik yaşadığında ailədəm içəridən uzaqlaşa bilir. Qadın isə o mövzuda bir az daha təhlükə hiss edir. Digər tərəfdən qınağa məruz qalmaq məsələsi də var. Kişilər həm də ona görə narahat olur ki, əgər boşansalar və qadın başqa biri ilə ailə qursa, onun uşaqlarına yad adam atalıq edə bilər".
Ekspert onu da qeyd edib ki, qadınlar evlilikdə sıx münasibət istəyirlər:
"Kişilər təbiətlərindən gələn çətinliklərə görə ünsiyyətə çox meylli deyillər. Ona görə qadınlar daha çox şikayətçi olurlar ki, evliliyimizdə bir şeylər yolunda getmir, bir-birimizlə birlikdə vaxt keçirə bilmirik, məişət qayğılarından başqa ünsiyyətimiz yoxdur. Yaxud da qadın əksər vaxtını evdə tək keçirdiyi üçün bunun da narahatlığı meydana gəlir. Belə qadınlar istəyir ki, işdən, evdən əlavə məşğuliyyətlər də olsun. Ancaq kişi işi, yorğunluğu bəhanə gətirir və qadının təkliflərindən boyun qaçırır. Digər tərəfdən, kişilər istədiyi vaxt dostları ilə çıxıb gəzə bilir. Lakin qadınlar harasa çıxmadan əvvəl ərindən icazə almalıdır. Cəmiyyətdə qadınların əleyhinə bu cür bir vəziyyət var. Son dövrlərdə isə qadınlar daha çox sosial şəbəkələrin təsirində qalaraq, başqa evliliklərin sanki daha çox romantik olduğunu və boşansalar onların da belə xoşbəxtlik tapacağını düşünürlər. İqtisadi və sosial çətinliklər, ailənin qazanc səviyyəsinin qadının istədiyi kimi olmaması da boşanmağa gətirib çıxarır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əmək qabiliyyətini müvəqqəti itirənlərə şad xəbər - Verilən pul artırılır
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
XƏBƏR LENTİ
-
Gültac Əlili: "Ayda 1200 manat "parkovka"ya pul verirəm"
-
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu - (Anbaan video)
-
Qadına əmlakını qorumağı vəd etdi, mənzilini və avtomobilini ələ keçirdi - MƏHKƏMƏ
-
Xalq artisti: “Onlar danışan tualet kağızıdırlar”
-
Əmək qabiliyyətini müvəqqəti itirənlərə şad xəbər - Verilən pul artırılır
-
Bakıda 16 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
İran ordusunun zabiti öldürüldü
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
-
Qızıl bahalaşdı
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
-
Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır
-
Hörmüz boğazında 4 tanker minaya düşdü
-
Abşeron Ticarət Mərkəzinin qarşısında faciəvi hadisə
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Yollarda görünüş məsafəsi məhdudlaşdı - Sürücülərə xəbərdarlıq





